Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Macarıstanın nüfuzlu qəzeti Ermənistanı işğalçı adlandırıb
Macarıstanın nüfuzlu qəzeti Ermənistanı işğalçı adlandırıb |
Macarıstanın aparıcı qəzetlərindən olan "Macar nemzet" Azərbaycan haqqında məqalə dərc edib.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, qəzetin siyasi icmalçısı Qabor Laslo Zordun "Azərbaycanı münaqişələrlə hədələyirlər" adlı məqaləsi respublikamızdakı mövcud vəziyyətin və siyasi situasiyanın təhlilinə həsr olunub. Müəllif göstərir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi potensialına, ilk növbədə, zəngin enerji qaynaqlarına əsaslanaraq, özünün Avroatlantik dəyərlərə sədaqətini və dünya siyasətində söz sahibi olmaq niyyətini daha aydın şəkildə nümayiş etdirir. Macar jurnalistin fikrincə, nüfuzlu "Crans Montana" forumunun Azərbaycanda keçirilməsi bunun başqa bir sübutudur. Lakin Laslo Zordun fikrincə, Azərbaycanın sürətli inkişafı regionda heç də hamının ürəyincə deyil. Müəllif bu baxımdan ilk sırada işğalçı Ermənistanın adını çəkərək yazır: "Ölkədə elə bir şəhər və kənd yoxdur ki, orada erməni işğalı nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyəti qarşısında qalmış azərbaycanlı qaçqınlar yaşamasın. Demək olar ki, elə bir ailə yoxdur ki, orada bu dondurulmuş münaqişə nəticəsində öldürülənlər və yaralananlar olmasın. Adamların tələsik tikilmiş qaçqın düşərgələrindən daha abad yaşayış məskənlərinə köçürülməsinə baxmayaraq, hər il olduğu kimi biri-birini əvəz edən matəm ildönümləri köhnə yaraların közünü qoparır. Fevral ayında Azərbaycanda Xocalının, mayda isə Şuşanın itirilməsinin 20 illiyi yad olunur. Ermənilər hər iki şəhəri işğal edərkən dinc əhaliyə divan tutublar". İran-Azərbaycan münasibətlərinin indiki vəziyyəti də macar analitikin məqaləsində nəzərdən keçirilərək təhlil olunur. Laslo Zordun fikrincə, Dağlıq Qarabağ münaqişəsi "dondurulmuş" hesab olunsa da, indi onun ətrafında çox qızğın və hərarətli proseslər gedir. Müəllifin fikrincə, Azərbaycanın üzləşdiyi ədalətsizlik, Minsk qrupunun fəaliyyətsizliyi və dünya birliyinin laqeydliyi fonunda bu ölkə özünün işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün daha təsirli tədbirlərə əl atsa, heç kim buna təəccüblənməməlidir. Geri dön |