Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MTN İrandan narkotik vasitələrin daşınması ilə məşğul olan şəxsləri ifşa edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > MTN İrandan narkotik vasitələrin daşınması ilə məşğul olan şəxsləri ifşa edib

MTN İrandan narkotik vasitələrin daşınması ilə məşğul olan şəxsləri ifşa edib


Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib. Onlardan ümumilikdə 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı - Orucov Ruslan Arif oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə gətiriblər. Müəyyən edilib ki, 2012-ci ilin may ayında Ruslan Orucov İran İslam Respublikasının Germi şəhərinə gedib, orada tanışı Rəsul adlı iranlı ilə görüşmüş və ona 3 min ABŞ dolları ödəyərək 2 kiloqram tiryək sifariş verib. Rəsul həmin narkotik vasitəni İrandan qaçaq yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə keçirmiş və gizlədərək bu barədə Ruslan Orucova məlumat verib. Ruslan Orucov da həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürərək Bakı şəhərinə gətirərkən saxlanılıb, baxış nəticəsində ondan 1 kiloqram 750 qram tiryək aşkarlanıb.

MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılıb. Müəyyən edilib ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər. Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri istiqamətində gizli daşıyarkən yaxalanıb, keçirilmiş baxış zamanı onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək götürülüb.

MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - İsayev Babək Abasxan oğlu, onun qardaşı İsayev Kənan Abasxan oğlu və Səfərov Aris Əjdər oğlu yaxalanıblar. Məlum olub ki, Babək və Kənan İsayevlər, eləcə də Aris Səfərov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Məhərrəm adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndinin ərazisinə gətiriblər. Qrupun üzvü Babək İsayev əvvəlcədən əldə edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan rayonu ərazisində yaxalanıb, baxış zamanı ona məxsus idman çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək götürülüb.

Eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan İsayev Yardımlı rayonunda, Aris Səfərov isə Şirvan şəhərində saxlanılıblar. Aris Səfərovun yaşadığı evə keçirilmiş baxış nəticəsində 1 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

MTN-in həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində uzun müddət hüquq mühafizə orqanlarından yayınmağa müvəffəq olan Azərbaycan vətəndaşı Quliyev Fikrət Rəsul oğlu Bakı şəhərində saxlanılıb, keçirilmiş baxış nəticəsində onun üzərindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

İyun ayının 22-də həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Əliyev İrmak Məhəmməd oğlu və Ələsgərova Fizzə Məhərrəm qızı saxlanılıblar. Keçirilmiş baxış nəticəsində onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, İrmak Əliyev, Fizzə Ələsgərova və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Fuad adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycana gətirib.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.

Geri dön