Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstan Milli Akademik Kitabxanasında olub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstan Milli Akademik Kitabxanasında olub |
Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bir neçə görüş keçirəcək və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək.
Günay Əfəndiyevanın görüşlərindən biri Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə olub. Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib. Günay Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prioriteti türk dünyasının sahib olduğu mədəni irsi qoruyaraq, araşdıraraq, dünyada tanıdaraq və gələcək nəsillərə miras qoyaraq özümüzə qaytarmaqdır. O, türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib. O, Fondun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlədiyini bildirib. Əlavə edib ki, bu layihələrdən biri də “Koroğlu” eposunun çap edilməsidir. Üzv ölkələrin hər birinin özünə xas tarixi və ədəbi variantı var. Fondun prezidenti mart ayının sonunda hazır olacaq “Fəlsəfi türk düşüncələri antologiyası” layihəsi haqda da ətraflı danışıb. Bildirib ki, layihənin mart ayında Bakıda, sonra Astanada təqdimatının keçirilməsi nəzərdə tutulur. O, kitabxanada üzv ölkələrin guşəsinin yaradılmasını da təklif edib. “Türk dünyası qadın şairələrinin antologiyası” ideyası üzərində də işlədiyini vurğulayan Günay Əfəndiyeva deyib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türkdilli ölkələrin yaxınlaşmasına, ümumi dildə danışmasına imkan verəcək. Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Türk xalqları haqda sənədli və bədii filmlərin çəkilməsini təklif edən kitabxananın baş direktoru təbliğatın daha da artırılmasının önəmini qeyd edib. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin - mütəfəkkirlərinin, yazıçılarının, şairlərinin, alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını bildirib. Görüş zamanı Milli Akademik Kitabxana ilə tanış olan Fondun prezidentinə “Qazax xanlığı 550 illik” kitabı hədiyyə verilib. Günay Əfəndiyeva latın dilində çap olunmuş “Nursultan Nazarbayev. Həyat yolu” kitabını kitabxanaya bağışlayıb. İlahə Əhmədova Geri dön |