Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq Hərəkatına qoşulmaq istəyənlərin nəzərinə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Xalq Hərəkatına qoşulmaq istəyənlərin nəzərinə

Xalq Hərəkatına qoşulmaq istəyənlərin nəzərinə


Şakir Ulubəyli
Azərbaycanın siaysi həyatında yeganə birlik olaraq biz,heç kimlə,heç bir təşkilatla,heç bir ideya, ideologiya,siyasi mövqeylə və onun tərəfdarl ilə düşmənçilk etməycəyik. Nə iqtidar,nə müxalifət içərisindən hansısa şəxsi düşmən elan edib,ona qarşı siyasi tədbirlər hazırlamayacağıq.
Bu günə qədər Azərbaycan dövlətçiliyinin müstəqillik qazanmasında, ictimai siaysi həyatında, və hərbi sahədə fəal olmuş,lakin müəyyən gərgin stiuasiyalarda qüsurları olmuş,ictimai xadim,siyasətçi,hərbiçi həmvətəndaşımıza,qrup,partiya və məhəlli maraqlarından fərqli bir münasibət göstərəcək,onlarıda sıralarımızda görməkdən qürur duyacağıq.
Heç bir din və təriqət fərqi bizm birliymizə mane ola bilməz.
Müxtəlif ideoloji formasiyalarda yaşamış bütün dahi şəxsiyyətlərimizin hər biri bizm üçün tarixdir və Azərbaycan xalqının milli mənəvəi dəyərlər sisteminə daxil olduğu üçün qiymətlidir.
XALQ HƏRƏKATI ümumilli hərəkatdır və rəhbərlikdə hər bir vətəndaşımızın,fərdi və qrup formasında,partiya və ictimai təşkilat kimi, QHT,KİV, kollektivi kimi iştirakına heç bir məhdudiyyət yoxdur.
Bizim bir milli düşmənimiz var,o özünü bizə düşmən elan etmiş və Azərbaycan xalqını yaşamaq imkanlarından məhrum edən,onun dövlətçiyinə,müstəqilliyinə daima təhlükə törədən ermənilər,onun himayədarları,havadarları,onlara xidmət edən daxili və xarici qüvvələrdir.Bunlar məlum düşmənlərdir.
Lakin bizim ən qəddar düşmənimiz bizim özümüzük.
Bizm zəif ictimai şüurumuz,öyrənmək istəməməyimiz,biganəliyimiz,bir-birimizi dinləməmək qabiliyətsizliyimiz,biganəliyimiz,qəzəb və səbrsizliyimizdir. Yaratmaq və qurmaqdan çox dağıtmaq instinkimiz, bir-birini qəbul etməmək və bir-birimzə sayqı və hörmətlə yanaşa bilməməyimizdir. Özümzdən ağıllı və savadlı dostlarımıza qarşı qısqanclıq,düşməni kənarda qoyub,bir-birimizi ittiham etməyimiz və bir çox natamamlıq kompleksinə daxil olan xarakterlərimiz var ki,bizm birlyimizə,bir olmağımıza, güdrətəli Azərbaycan dövlətinin yaradılmasına mane olur.
XALQ HƏRƏKATI, bütün bu qüsurları aradan qaldırıb, ümumilli bir hərəkatın təməlini qoyan vətəndaşlarımızın arzusudur..
Bizim üçün üç müqdəssə dəyər var,Azərbaycan xalqı,Azərbaycan torpağı və Azərbaycan dövləti.
Ümumilli birliyə doğru XALQ HƏRƏKATI.

Geri dön