Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Bir ay məsləhətləşmə
Bir ay məsləhətləşmə |
Rüfət Əhmədzadə
Axır ki, son bir ay ərzində gözümüzün kökünü saraldan və mayın 21-dən yaxın günlərə qədər Tehranda “siyasi məsləhətləşmələr” aparan İran səfiri Məhəmmədbağır Bəhrami Bakıya qayıtdı. Az qalmışdı, İran səfirinin bineyi-qədimdən yoxluğuna, heç Azərbaycanda İran səfirinin olmadığını düşünək və bu “qeyb”ə öyrəşək. Bir yandan baxanda, nə İran səfirinin, nə də İran səfirliyinin Azərbaycanda olmasının bir fərqi yoxdur. Səfirlik olan yerdə diplomatik münasibət olar. Varmı? Səfirlik olan yerdə mətbuat da yaranan suallara cavab tapar. Bu səfirliyin mətbuat xidmətinin “araşdırarıq” deməkdən başqa bir cavabı olurmu? Səfirlik olan yerdə onun binasındakı plaketdə fəaliyyət göstərdiyi ölkənin adı yazılar. Çünki bir dövlətin diplomatik korpusu başqa bir dövlətə qarşı saymazyana olmamalıdır. Sayğıları varmı? Səfir olan yerdə fəallıq olar, işlədiyi ölkənin milli faciələri ilə bağlı keçirilən tədbirlərə aldığı dəvətnamələrə buganə yanaşıb onları zibil qutusuna atmaz. Səfir ağzına su alıb oturmaz, dövlətinin mövqeyini nümayiş etdirər…. Pardon, bu səfir elə susmaqla və saymazyana hərəkətləri ilə dövlətinin mövqeyini nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycanda olan İran diplomatlarının və İran təşkilatlarının sayına nəzər yetirsək, bu dövlətdə olan Azərbaycan təşkilatları ilə müqayisədə 6-7 dəfə artıqdır. Və bu təşkilatlarda 100-dən çox İİR vətəndaşı çalışır. Nəyə çalışır? Diplomatik münasibətləri möhkəmləndirməyəmi? Ay-hay… İran Mədəni Mərkəzindən tutmuş Xomeyni Komitəsinədək, bu təşkilatların Azərbaycana gələndə bir vəzifəsi olub – təxribat aparmaq. Beyinləri yumaqla və hətta ortaq mədəni dəyərləri belə birmənalı şəkildə farslaşdırmaqla yadda qalıblar. Şəxsən, İran Mədəni Mərkəzinin bir neçə tədbirində iştirak etmiş, Tehrandan gələn vəzifəli şəxslərin çıxışlarını da dinləmişəm. Bu məclislərin şovinist ab-havası mənim ürəyimi bulandırıb. Onlar Azərbaycanla mehriban qonşuluq münaisbəti marağında deyillər. Məsələ başqadır. Bu ölkənin dövlət quruluşunu dəyişmək. Bəli, Avropadan Azərbaycan hakimiyyətinə gələn tənqidlər daha səmimi görünür, nəinki İranın siyasi və dini liderlərinin tənqidləri. İran-İran deyirəm, amma inanın ki, Tehran rəsmilərinin Azərbaycan haqqında danışanda “Bakı dövləti”, “Aran dövləti” ifadə etmələrindən sonra, bu dövlətin üstündən xətt çəkmişəm. Məhləmizdəki ağbirçək nənələrin sözü olmasın: “Haman qonşunu ölmüş bil, a bala! Olmaması olmasından yaxşıdır!” Çox uzatmayacam, çox xırdaçılığa varmayacam. İranın əlinə bəhanə düşmüşdü “Eurovision”da, bir az at oynatdı, cəmiyyətdə təxribat yaratmaq istədi, gördü alınmır… Öz daixlində birlik yaratmaq üçün güneylilələrə şimallı qardaşlarını söydürdü… İki qardaş arasına girənin paçasından xəbəri olmaz.Bütün dünyanı özünə düşmən edən bu molla rejiminin sonuna çox qalmayıb. Di yığın, aparın zir-zibillərinizi…. Bir ay məsləhətləşməyə də deyil, bir ömür sevişməyə! Geri dön |