Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Mədə-bağırsaq xəstəlikləri zamanı aloe tətbiq edilməsi xüsusilə faydalıdır
Mədə-bağırsaq xəstəlikləri zamanı aloe tətbiq edilməsi xüsusilə faydalıdır |
Aloe bir çox müalicəvi xüsusiyyətlərə malik şirəli bitkidir. Onu açıq havada və otaq şəraitində yetişdirmək mümkündür.
Aloe əsrlər boyu iltihaba qarşı ən yaxşı vasitələrdən biri kimi tətbiq edilib. Bitkidən müxtəlif formalarda istifadə olunur. Yarpaqlarının əzilərək məlhəm kimi istifadə edilməsi çox faydalıdır. Araşdırmalar nəticəsində məlum olub ki, onun tərkibində 200-dən artıq bioloji aktiv maddə var. Aloe dərinin tonusunu və qan dövranını yaxşılaşdırır. Bir sıra xəstəliklər zamanı ondan geniş istifadə olunur. Bitkinin yarpaqları son dərəcə böyük faydaya malikdir. Onun şirəsi mədə və onikibarmaq bağırsaq xoraları, eroziyalar zamanı müsbət təsir göstərir. Xora və eroziyaların sağalmasını sürətləndirən aloe şirəsinin balla qarışığı həmin xəstəlik zamanı xalq təbabətində ən sınanmış üsullardan biri sayılır. Bitkinin aşağı hissəsində yerləşən ən qalın yarpaqlar kəsilib yuyulur, qurudulur, soyuducuda bir həftə və ya bir ay saxlanılır. Həmin müddət ərzində onun tərkibindəki xeyirli maddələr daha da aktivləşir. Yarpaqları xırda hissələrə doğranaraq blenderdən keçirilir, əldə olunan qarışıq tənzifdən süzülür. Qalan hissələri atmaq lazım deyil, onu dəriyə çəkilən maskaların tərkibinə qatmaq olar. Əldə olunan şirə bir qaba tökülərək tərkibinə iki limon sıxılır. Qarışığa 100 qram təmiz bal əlavə edilir. Alınan qarışıq soyuducuda 1 ay saxlanılandan sonra istifadə olunur. Mədə-bağırsaq xəstəlikləri zamanı tətbiq edilməsi xüsusilə yaxşı nəticə verir. Onunla məhlul hazırlayıb saçların yuyulması tüklərin sağlam və parlaq görünməsinə səbəb olur. 2 qaşıq un götürərək üstünə bir az su tökülür, ona aloe şirəsi əlavə edilib şampunla qarışdırılır. Həmin məhlul saçların tökülməsinin də qarşısını alır. Geri dön |