Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda ermənilərlə muğam oxuyan müğənni - VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Ermənistanda ermənilərlə muğam oxuyan müğənni - VİDEO

Ermənistanda ermənilərlə muğam oxuyan müğənni - VİDEO


Əslən Gürcüstanın Sadaxlı kəndindən olan Nəsib Cəfərov ermənilərə "qardaş" deyir

Youtube sosial şəbəkəsində bu video görüntünü izləyəndə bizi dəhşət bürüdü. 2011-ci ildə yuotube.com sosial şəbəkəsində yerləşdirilən bu videoda Gürcüstanda yaşayan azərbaycanlı müğənninin Ermənistan ərazisində, İrəvanda ermənilərlə birlikdə kef məclisində iştirak etdiyi açıq-aydın görünür. Videogörüntüyə maraqlı ad da qoyulub; Azərbaycanlılar İrəvanda ermənilərlə kef edir. Elə videodan da görünür ki, azərbaycanlı müğənni Nəsib Cəfərov İrəvanda təşkil olunan yemək-içmək məclisində erməni müğənnisi ilə birlikdə Azərbaycan muğamlarını duet şəklində ifa edir və onlarla birlikdə kef edir. Erməni müğənnisi Azərbaycan muğamlarını erməni dilində ifa edir. Nəsib Cəfərov adlı bu şəxs isə Azərbaycan dilində ona cavab verir. Maraqlıdır ki, erməni müğənni ilə azərbaycanlı Nəsib Cəfərovu müşaiyət edən musiqiçilər ermənilərdir. Onlar bizim milli musiqilərimizi o qədər ustalıqla ifa edirlər ki, bu işlə uzun illərdir məşğul olduqları dərhal hiss olunur. Amma daha bir maraqlı məqam budur ki, erməni müğənni Azərbaycan mahnısı olan «Sən, sən» mahnısını erməni dilində oxusa da, axırda elə Azərbaycan dilində «Sən, sən» deyir. Bu da onu göstərir ki, ermənilərin saxtakarlıqları hər yerdə, hər şəraitdə və hər məqamda açıq-aydın görünür. Yetər ki, Nəsib Cəfərov kimi satqınlar onlara dəstək olmasın. Onun bu əməli bizi əməlli-başlı hövsələdən çıxardı. Sorub-soraqladıq, bu adamı Bakıda tanıyan olmadı. Ermənilərə «qardaş» deyə müraciət edən, onlarla bir süfrə arxasında oturan, azərbaycanlı ola-ola Azərbaycanı unudan, Qarabağı yaddan çıxardıb ermənilərlə dostluq edən bu şəxsin kimliyini çox araşdırdıq. Nəhayət, internet vasitəsilə bu adamın əsl kimliyini öyrənə bildik. «Borçalı Bülbülü” ləqəbi ilə tanınan müğənni Nəsib Cəfərov adlı şəxs 1961-ci ildə Gürcüstanın Sadaxlı kəndində doğulub. Nə olsun ki, Gürcüstan vətəndaşısan, axı sən azərbaycanlısan, azərbaycanlı adı daşıyırsan. Bir qarın çörək, bir qurtum içki, 5-10 manat da pula görə insan millətini, xalqını satarmı?
"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlin belə bir müğənnini tanımıdığını söylədi: «Hər halda o şəxs tanınmış müğənni olsaydı, mən onu tanıyardım. Onların üstündə milliyyət anlayışı yoxdur. Ləyaqətini itirən adam kifayət qədərdir. Bu müğənni də ola bilər, məmur da, iş adamı da. Bu cür qeyrətsizlik bizə yaraşmaz. Etnik cəhətdən olsa da, elə bir adam bizlik ola bilməz».
Z.Məmmədli özünün də 1999-cu ildə Ermənistan tərəfə keçdiyini bildirib: «Sərhəd keçid məntəqələrinin şəffaflığını yoxlamaq üçün risk etmişdim. Azərbaycanla Gürcüstan arasında həmin ərəfədə bir az gərginlik var idi. İnsanlarımızı incidirdilər. Ermənistan isə ərazi iddiaları qaldırdığı halda şəffaf gediş-gəliş var idi. Mən keçəndə də soruşmadılar, qayıdanda da. Sadəcə olaraq, getdim və bir az gəzib geri qayıtdım. Ermənilər də Gürcüstanda azərbaycanlıların yaşadığı yerə gəlirlər. Bizim azərbaycanlı iş adamları da Ermənistan tərəfə gedirlər. Xüsusən də Lellakan, Gümrü tərəfdə onlar həmişə bizim mahnıları oxuyublar. Bizim havaları çaldırıblar. Görünür, bu ənənə hələ də davam edir. Orada erməni musiqiləri çox az halda olur. Həmin yerlər bizim yaylaq yerlərimiz olub. Gürcüstan vətəndaşının Ermənistana, Ermənistan vətəndaşının isə Gürcüstana keçməsində problem yoxdur».
Nəsib Cəfərov haqqında qısa arayış: Əslən azərbaycanlı olan Nəsib Cəfərov 1961 ci il Borçalı mahalının Sadaxlı kəndində anadan olub. Cəfərovlar Sadaxlı kəndinin ilk sakinlərindəndir. «Borçalı bülbülü» adı ilə tanınan Borçalının bu tanınmış müğənnisi azərbaycanlıların Gürcüstanda ən çox yaşadığı yerdə anadan olmasına baxmayaraq deyəsən, çox şeyi unudub və ya tamahına əsir düşüb.


Geri dön