Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycan BMT Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı cinayət törədənləri cəzalandırmağa çağırıb
Azərbaycan BMT Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı cinayət törədənləri cəzalandırmağa çağırıb |
Səfir Aqşin Mehdiyev: “Uşaqların qətli də daxil olmaqla, Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlar Ermənistanın təcavüz və nifrət siyasətinin bir hissəsidir”
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə mülki vətəndaşların qorunması mövzusu üzrə keçirilən iclasında çıxış edib. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndəsi bildirib ki, beynəlxalq icma silahlı münaqişələrdə mülki vətəndaşların qorunmasına dair qətnamələr, sanksiyalar qəbul etməyə, BMT sülhməramlı əməliyyatlar və digər vasitələrlə normalar təyin etməyə çalışsa da, bütün dünyadakı silahlı münaqişələrdən məhz mülki vətəndaşlar ən çox əziyyət çəkir: “Ölkəmizin mövqeyi bundan ibarətdir ki, mülki əhaliyə qarşı müharibə cinayətləri, soyqırımı, humanitar qanunları və insan hüquqları qanunlarını kobud şəkildə pozan halların qarşısını almaq üçün ən səmərəli yol bu əməlləri həyata keçirənləri məsuliyyətə cəlb etməkdir. Liberiyanın keçmiş prezidenti Çarlz Teylor, Konqonun siyasi lideri Tomas Lubanqa kimi şəxslərin törətdikləri əmələ görə məsuliyyətə cəlb edilməsi bu cür cinayətlərin unudulmaması, bağışlanmaması və hətta ən yüksək səviyyəli rəsmilər tərəfindən belə həyata keçirilməsinin qəbulolunmazlığı barədə aydın mesaj verib. Təəssüf ki, bu gün elə dövlətlər var ki, hökumət səviyyəsində “cəzasızlıq” mədəniyyəti aşılayır, işğalçı təcavüzü, qonşuya nifrəti, günahsız insanların evlərindən qovulmasını, bəşəriyyətə qarşı ən ağır cinayətlər törədənləri dəstəkləyir və qəhrəman kimi qələmə verir. Davamlı sülhün, ədalət və həqiqətin, barışın bərqərar olunması, münaqişədə mülki qurbanların hüquqları və maraqlarının qorunması və ümumiyyətlə, cəmiyyətin sağlamlığı naminə belə “cəzasızlıq” mədəniyyətinə son qoyulmalıdır”. Azərbaycanın BMT yanında daimi nümayəndəsi bəyan edib ki, ölkə silahlı münaqişələrdə mülki vətəndaşların əziyyəti haqqında öz təcrübəsindən yaxşı məlumatlıdır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq icma tərəfindən ən ciddi cinayətlər hesab edilən əməllərlə müşayiət olunub. Belə ki, 1980-ci illərin sonlarında Ermənistandan 230 min nəfərədək Azərbaycan mənşəli əhali qovulub, bu prosesdə qətllər, işgəncələr, məcburi yoxa çıxmalar və digər cinayətlər yer alıb. 1991-94-cü illərdə isə Ermənistan Azərbaycan ərazisində döyüş əməliyyatlarına başlayanda Azərbaycanın mülki əhalisinə qarşı genişmiqyaslı, davamlı hücuma keçib. O cümlədən, 1992-ci ilin fevralında Xocalı şəhəri tamamilə yerlə-yeksan olunub, əhalisi görünməmiş qırğına məruz qalıb”. Diplomat diqqətə çatdırıb ki, tərəflər arasında 1994-cü ildə atəşkəs haqda razılaşma əldə edilsə də, son aylar təmas xətti boyu Azərbaycanın mülki əhalisi və mülki obyektlərinə qarşı ermənilərin hücumları artıb: “Ötən il təmas xəttinə yaxın yaşayan 9 yaşlı azərbaycanlı uşaq erməni snayperi tərəfindən qətlə yetirilib. Bir müddət sonra isə Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan ərazisindən Azərbaycana axan çaya buraxılan uşaq oyuncağının içinə quraşdırılan partlayıcı qurğunun işləməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız həlak olub, onun 32 yaşlı anası ciddi yaralanıb. Uşaqların qətli də daxil olmaqla, Azərbaycanın mülki vətəndaşlarına qarşı hücumlar Ermənistanın təcavüz və nifrət siyasətinin bir hissəsidir”. Səfir Mehdiyev xatırladıb ki, 2000-ci il dekabrın 15-də Ermənistanın hazırkı prezidenti, o zamankı müdafiə naziri Serj Sarkisyan Ermənistanın hücumları nəticəsində həlak olan minlərlə azərbaycanlı vətəndaşla bağlı təəssüf hissi keçirib-keçirmədiyi haqda suala cavabında bildirib ki, heç bir təəssüf hissi yaşamır: “Ermənistan hakimiyyətinin mülki vətəndaşların qorunması ilə bağlı mövqeyinə əlavə şərh tələb olunmur. Azərbaycan silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı bütün hücumları pisləyir. Münaqişə tərəfləri beynəlxalq humanitar qanunlar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət etməlidir. Günahsız insanlar münaqişələrin nizama salınması prosesində ləngimələrə görə cəzalandırılmamalıdır. İnsan həyatına sadiqlik, beynəlxalq hüquq normaları və prinsiplərinə riayət və işğalçı qüvvələrin çıxarılması ilə qarşı tərəf danışıqlar prosesində gerçək irəliləyişin əldə edilməsi istəyini nümayiş etdirə bilər”. Geri dön |