Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > CİZGİ FİLMLƏRİNƏ DİQQƏT - Uşaqlarınızı kimlərin tərbiyə etdiyini bilin
CİZGİ FİLMLƏRİNƏ DİQQƏT - Uşaqlarınızı kimlərin tərbiyə etdiyini bilin |
İlk cizgi film 1906-cı ildə ABŞ-da və Böyük Britaniyanın paytaxtı İngiltərədə çəkilmişdir. Amerikada Ceyms Stüart Bləkton (James Stuart Blackton) tərəfindən 8000 şəkildən hazırlanan cizgi filmi şəkili çəkən rəssamın görünməsilə başlayır və birdən rəssamın çəkdiyi şəkilin canlanıb hərəkət etməsilə davam edir. İlk tammetrajlı cizgi film argentinalı rejissor tərəfindən 1917-ci ildə 50.000 şəkillə çəkildi və müddəti 60 dəqiqə idi. 1920-ci ildə Nyu Yorkda ilk rəngli cizgi filmlər hazırlanmağa başladı. 1928-ci ildə yenə Nyu Yorkda ilk səsli cizgi film çəkildi. Həmin ildə Uolt Disney öz Miki Mausunu (Micky Mouse) tamaşaçılara təqdim etdi və yeni inkişafda olan cizgi film sektorunda bütün cizgi film qəhrəmanlarını kölgədə qoydu. Şəkildən əlavə, oyuncaqlarla da cizgi filmlər çəkilmişdir. Hər yaş qrupu tərəfindən maraqla qarşılanan cizgi filmlər kompüterlərin köməkliyilə artıq əvvəlki dövrlərlə müqayisədə daha qısa müddətə və daha asan ərsəyə gəlir, tammetrajlı animasiyalar hazırlanır.
Uolter Elias Disney (Walter Elias Disney - Walt Disney) Hazırki dövrdə kifayət qədər uğurlu yeni cizgi filmlər hazırlansa da, cizgi film sektorunun yeni yarandığı dövrdə onun inkişafına ciddi təkan vermiş Uolt Disneyin adı hələ də hər kəs tərəfindən bilinən və cizgi film istehsalçılarından danışdıqda ağla gələn ilk addır. 1966-cı ildə vəfat etməsinə baxmayaraq, yaratdığı şirkət bu günəcən işləyir. Uolter Elias Disney 1901-ci ildə ABŞ-ın Çikaqo şəhərində kasıb ailədə doğulub. Üç qardaşı, bir bacısı olan Uolter xəstə atasına, ailəsinə baxmaq üçün qəzet paylayan, təcili yardım sürücüsü və s. işlərdə çalışmışdı. 14 yaşında kursa gedərək əl qabiliyyətini inkişaf etdirir və karikatura çəkməyə başlayır. Çəkdiyi karikaturaları qəzetlərə aparır, lakin heç kim bəyənmir. Az əmək haqqı ilə kilsə fəaliyyətlərinin şəkillərini çəkməyə başlayır. Sonra adi bir siçandan ilhamlanaraq Miki Mausu yaradır. Karikaturayla başlayan macəra 1923-cü ildə qardaşı Roy Disneylə qurduğu Uolt Disney Pradakşınla (Walt Disney Production) böyüyür. Adi siçandan dünya şöhrətli cizgi film qəhrəmanı yaradır. Vaxtilə yemək pulu tapmayan Uolt Disney ağlı sayəsində dünyanın ən şöhrətli, ən zəngin adamlarından birinə çevrilir. Qazandığı pulları yeni, daha gözəl cizgi filmlər hazırlamağa xərcləməklə sərvətini artırır. “Miki Maus”un ardınca “Pluton” (Pluto), “Ağıldankəm” (Goofy), “Ördək Donald” (Donald Duck) gəlir. Şirkət nağıl qəhrəmanlarını animasiya halına gətirir: “Ağbəniz və yeddi cücə” (Snow White and the Seven Dwarfs), “Pinokio” (Pinocchio), “Yatmış gözəl” (Sleeping Beauty), “Göyçək Fatma” (Cinderella) və s. cizgi filmlər bütün dünya uşaqlarının sevgisini qazanır. 1950-ci ildən sonra heyvanların həyatı barədə sənədli filmlər hazırlayır. 1955-ci ildə Kaliforniyada ilk Disneyland əyləncə parkını açır. Ardınca Orlando, Paris, Tokio və s. şəhərlərdə Disneyland açır. Uolt Disney Kompani milyardlarla gəliri olan dünyanın ən böyük əyləncə sektorlarındandır. Amerikalı prodüser, rejissor, ssenarist, animasiyaçı Uolt Disney dəfələrlə Oskar, Emmi mükafatlarına layiq görülüb. İki qız atası olan Uolt Disney 1966-cı ildə Kaliforniyada xərçəng xəstəliyindən dünyasını dəyişir. Ölümündən sonra da Walt Disney Company böyüməyə davam edir. Ola bilər Disney vaxtilə məhz uşaqları əyləndirmək, pul qazanmaq üçün yaradılıb. Lakin uzun illərdir masonların (liberalların, qlobal elitanın, nə ad qoyursunuz qoyun, fərq etməz, qısası idarəçilərin) idarəsində olması açıq görünür. Dinseyin cizgi filmlərindəki subliminal mesajları araşdıran, bir portuqaliyalının bu barədə çıxışı diqqətimi çəkdi. “Satanizm, spiritizm (ruh çağırma, magiya) Disneyin cizgi filmlərində addım-addım işlənir. Sizə bəzilərini göstərəcəm. Çünki evinizin azad olmasını istəyirəm. Uşaqlarınızı kimlərin tərbiyə etdiyini bilin. Məsələn, “Balaca su pərisi” (The Little Mermaid) cizgi filmi. Sizə bu cizgi filmin qapağını göstərmək istəyirəm. Əgər qapağa diqqət etsəniz, sağdan sola doğru saysanız, 3-cü sütunun kişi cinsiyyət orqanı olduğunu görəcəksiniz. Bu cizgi film uşaq pornoqrafiyasıdır. Arxa plandakı mahnıda “qızı öp, qızı öp” deyir. Yamaykalı qrup bu cizgi filmə baxan hər uşağa bu mesajı verir. “Ələddin” (Aladdin) cizgi filmində videonu dayandırıb yavaş aparsanız normal sürətdə çətin eşidəcəyiniz bir şeyi deyir: “ağıllı uşaqlar, soyunun, paltarlarınızı çıxardın. Ağıllı uşaqlar, paltarlarınızı çıxardın.” Bunlar Disneyin öyrətdikləridir: pornoqrafiya, satanizm, spiritizm! Uşaqlarımızı məhv etmək. “Kral Şir” (Lion King) cizgi filminin bir hissəsində videonu dayandırıb yavaş aparanda Kral Şir pəncələrini yerə vurur, toz qalxır və ekranda bu söz görünür: sex. Hələ də Disneyin ailənizi əyləndirdiyini düşünürsünüz? Dinseyin həqiqətən uşaqlarınızı əyləndirmək üçün mövcud olduğuna inanırsınız? Disneyin istehsal etdiyi cizgi filmi “Miki Maus”un məqsədinin nə olduğunu öyrənmək istəyirsiniz? Geyliyin inkişafı. Yəni, homoseksuallığın inkişafı. Hal-hazırda Disney iki gey və iki lezbian Miki Maus yaradıb. Bu “Geyliyin inkişafı” (ironiya) cizgi filmində Disney bütün gənc oğlanları homoseksuallığın “möhtəşəm dünyasını” kəşf etməyə təşviq edir. Bax, budur Disney! İsa (Məsih) adına bu gecə sizə bir məsləhət verəcəm. Disneyin əslində nə olduğunu bilmək istəyirsinizmi? Disney satanist imperiyasıdır! Disney sistemli və çaşdırıcı şəkildə uşaqlarımızı məhv edir! Evinizi bu lənətli şeylərdən xilas edin!” Bu emosianal çıxışda deyilənlərin təsdiqi üçün bir-bir hamısının şəkilini qoysam, yazıdan çox şəkil olar. Uşaqların şüuraltına mənfi təsir üçün istehsal olunmuş əlavə bir neçə cizgi filmi nümunəsinə baxaq. Bunlar adını çəkdiyim cizgi filmlərdəki subliminal mesajların sadəcə bir neçəsidir. Kvadrat şalvarlı Süngər Bob (Sponge Bob Square Pants) 1999-cu ildə ABŞ-da Stefen Hilenburq (Stephen Hillenburg) tərəfindən yaradılmışdır. Bu cür zərərli cizgi filmlər ilə bol olan Nickelodeon kanalında yayımlanır. Mövzusu: okeanın içində yaşayan Süngər Bobun dostları Xərçəng, Patrik, Sandi, Plankton ilə macəraları. Süngər Bob: - Mən öldürdüm. İki nəfəri öldürdüm. Həyat bu qədər asan ola bilməz. Başqalarını öldürməyə haqqım varmı? Yox. Bu həmişə düşündüyüm şey idi. Bu dünya çürüyən zibildi. Bütün çürüdənlər ölməlidir. Kimsə bunu etməlidir. Əgər bu kiminsə həyatını və ruhunu fəda etmək bahasına olsa belə! Bu dünya təmizlənməlidir! Əgər başqası bu dəftəri almış olsaydı, o dünyanı lazımsız insanlardan xilas edərdimi? Əlbəttə ki, yox! Amma mən, mən edə bilərəm. Bunu ancaq mən edə bilərəm! Ölüm dəftərini dünyanı dəyişmək üçün işlədəcəm. Dünyanı təmizləmək üçün əvvəlcə böyük günahkarların adlarını yazdım. Tezliklə, heç kim günah edə bilməyəcək. Ölməli olanlar infarktdan öləcək. Pis insanları xəstəliklərlə, qəzalarla öldürəcəm. Sonra dünya daha yaxşı yer olmağa başlayacaq. Bu dünyanı yaxşı olduğunu düşündüyüm insanlarla dolduracam. Ryuk: - Amma ondan sonra qalan tək pis sən olacaqsan. - Sən nə deyirsən, Ryuk? Mən həmişə A alan Yaponiyadakı ən yaxşı gəncəm. Mən Yeni Dünyanın Tanrısı olacam! Eyni mesaj verilən digər cizgi filmi 2003-cü ildə Yaponiyada əvvəl komiks, daha sonra cizgi filmi olan “Ölüm dəftəri”dir (Death Note). “Dünyanın, ən doğru qərarları verən biri olaraq mənim varlığımı bilməyinə çalışacam. Yeni Dünyanın Tanrısı olaraq səltənətimi quracam!” Məsum, şirin bildiyimiz Süngər Bobun ağzından çıxan bu fikirlər tanış gəldimi? Yeni Dünya, lazımsız insanların öldürülməsi, xəstəliklərlə, qəzalarla öldürmək... “Bu dünyanı yaxşı olduğunu düşündüyüm insanlarla dolduracam” - Yeni Dünya Nizamı. Dünyanı idarə etməyə çalışanlar Yeni Dünya Nizamını qurub, Yeni Dünyanın Tanrısı olacaqlar və öz qurduqları dünyada kimin yaşayıb yaşamayacağına özləri qərar verəcəklər. Yəni, buna çalışırlar. Hələ ayaqqabısının bağını bağlamağı öyrənən uşaqların beyninə ötürülən informasiyaya baxın. Cizgi filmi qəhrəmanlarının dilindən deyilən bu sözlər idarəçilərin sözləridir - ən doğru qərarları verən biri olaraq, dünyanın məni tanımasına çalışacam. Uşaqlara kiçik yaşdan öz inandıqları yolun doğruluğunu öyrədib, beyinlərini öz beyinlərinə uyğun formalaşdırıb, gələcək üçün özlərinə tərəfdarlar toplayırlar. Şüurunda bu fikirlər kök salmış uşaqlar böyüdükdən sonra bu informasiyanı daha geniş şəkildə öyrəndikdə bu ideya ilə beş əlli razılaşacaqlar və dəstək olacaqlar. Deyə bilərsiniz ki, oturub uşaqların böyüməyini gözləyəcəklər? Əlbəttə yox. Oturub gözləmirlər, aktiv fəaliyyətlə məşğul olaraq gözləyirlər. Əllərində olan yetkin insanlardan əlavə, yeni nəsil də gəlir. Artıq formalaşmış, yoğun ağaca istənilən formanı vermək çətindir. Lakin hələ yeni cücərən, kövrək fidanı istədiyiniz istiqamətə rahat əyib, həmin istiqamətdə böyüyüb formalaşmasına nail ola bilərsiniz. Simpsonlar (The Simpsons) 1989-cu ildə ABŞ-da istehsal olunmuş, amerikan ailəsinin satirik parodiyası olan bu cizgi filmi, Amerikanın televiziya tarixində ən uzun seriyalı cizgi filmi olmuşdur. Təqribən 22 - 26 sezon davam etmişdir. Bu cizgi film 100-dən çox ölkədə məşhurdur. Burada da çoxlu sayda mason simvolları ilə qarşılaşırıq. Piramida göz, tərs pentaqram, Bafometin əl işarəsini tutan baş qəhrəman və s. Bütün bu eybəcərliklərə baxmayaraq, uşaqlarımızı və özümüzü etibar edə biləcəyimiz cizgi filmləri də mövcuddur. Türkiyənin Yumurcak kanalında verilən “Pororo”, “Can”, “Niloya”, “Ella Bella”, “Kiçik avtobus Tayo” (The Little Bus Tayo), “Çaqinton” (Chug- gintton), “Kayu” (Caillou) və Rusiyanın Karusel, TİJİ kanallarında gedən “Balaca şahzadə qız” (Malenkaya prinsessa) və s. cizgi filmlərində valideynin belə yadına düşməyəcək xırda məsələlər uşaqlara öyrədilir. TİJİ kanalında uşaqlara ingilis dilini, saymağı, fiqurları öyrədən cizgi filmləri verilir. “Marsupilami” cizgi filmində heyvanları, təbiəti qorumaq öyrədilir və deyilir: “Biz dünyada sadəcə yaşayırıq. Onun sahibi deyilik. O, bütün canlılar üçündür.” “Balaca şahzadə qız”, “Ella Bella”, “Pororo” cizgi filmlərində dostlarla xoş rəftar, paylaşma, yalan danışmamaq, böyüklərə qulaq asmaq öyrədilir. Türkiyənin öz istehsalı olan “Can”, “Niloya”, “Pepee” cizgi filmlərində heyvanlara qayğı, dini və milli bayramlar, ailədə böyüyə hörmət, sərbəst düşünməyi bacarmaq və s. öyrədilir. “Kayu”, “Niloya”, “Can”, “Pepee” cizgi filmlərində diqqətimi çəkən başqa bir məqam böyüklərə qız uşaqlarına dəyər verməyin aşılanmasıdır. Bildiyimiz kimi, artıq xeyli azalsa da, hələ də uşaqlara cinsiyyət fərqi qoyulur, oğlan uşaqlarına üstünlük verilir. Ailədə 3 uşağın doğulma səbəbi adətən oğlan uşağı istəyinə görə olur: iki qızdan sonra oğlan. Vaxtilə hər nəsil bir soyad daşıdığı üçün nəsilin davam etməsində soyadı daşıyacaq və artıracaq oğlan uşaqlarına ehtiyac var idi. Artıq uzun illərdir ki, az qala otuz nəsil bir soyadı daşıyır. Azərbaycanın yarısı Əliyev, Vəliyev, Hüseynli, İsmayıllı, Məmmədli, Kazımzadə, Məmmədzadə, Ağayev, Qarayev, Kərimov, Bayramov, Quliyev, Süleymanlı, Ələkbərli və s. soyadlardadır. Və Quliyev soyadını daşıyan deyək ki, 10.000 insanın çoxu başqa-başqa nəsillərin nümayəndəsidir. Məmmədzadə soyadını daşıyan, oğlan uşağı doğulana kimi evi uşaq bağçasına çevirən və ya abort qapısının ağzında mürgüləyən kişinin məqsədi nədir? Məmmədzadə nəsilini davam etdirmək! Hansı, neçənci Məmmədzadə nəsilini? Cənab Məmmədzadə gecəni rahat yata bilər. Onun oğlu olmasa belə, bu soyad ölkəmizdən silinməyəcək. Qızlarından olan nəvələri onun soyadını daşımırsa, onun nəsilindən deyil deməkdir? Hər birimizin hər iki valideyn tərəfdə müxtəlif soyadlarda qohumlarımız var. Nə vaxtsa hansınasa “sən atamın soyadında deyilsən, bizim nəsilin adamı sayılmırsan, qohumum deyilsən” demisiniz? Və ya ətrafda sizinlə eyni soyadda olduğunu gördüyünüz adamlardan neçəsi ilə qohumsunuz? Qohumluq əlaqəsi soyadla deyil, qanla bağlıdır (hərfi mənada yox). Kefiniz istəyən vaxt bir neçə sənəd yığıb adınızı və ya soyadınızı, hətta ata adınızı da dəyişdirə bilərsiniz, lakin genetikanızı yox (qanı demirəm, onu da dəyişmək olar). Buna görə də, sırf bu səbəbdən oğlan uşağı hərisliyi məntiqsizliyin göstəricisidir. İstifadə müddəti keçmiş qaydalardan hələ də beynində zibil tayası yığıb saxlamış şəxslər yaxınlarının da həyatını iləndirir. Onu da xatırladım ki, Məhəmməd peyğəmbərin nəsli qızı Fatimənin xətti ilə davam edirdi. Və bu fakt özünü dindar adlandırıb oğul üçün neçə-neçə qız övladının ömrünü yarıda kəsənlərə tanış olmalıdır. Bu cizgi filmlərində isə qıza dəyər verilməsini şüuraltına ötürmək üçün evin kiçik uşağı qız göstərilir. Kayu oğlandır, balaca bacısı var, Pepee oğlandır, balaca bacısı var, Niloya qızdır, özündən böyük qardaşı var, oğlan dostu Metenin də balaca bacısı var. Can oğlandır, evin ortancılıdır, özündən böyük qardaşı və kiçik bacısı var. İki oğlan uşağından sonra üçüncü uşağın dünyaya gəlməsi, qızın ailədə arzuolunan övlad olmasını göstərir. İdarəçi qüvvələrin istedad ovunda olması nəticəsində irəli gedən şəxslər müəyyən vaxtdan sonra eyni ideologiyaya xidmət etməyə başlayırlar. Disneyin yarandığı ilk zamanlarda sırf əyləndirmək üçün olduğunu, lakin ciddi uğurlar qazandıqdan sonra məlum şəxslər tərəfindən onların ideologiyasına xidmətə yönləndirilməsini demişdik. Buna görə də, bu təriflədiyim cizgi filmlərinin də bir neçə il sonra çəkiləcək yeni bölümlərinin uşaqlara nə öyrədəcəyi bəlli deyil. Məsələn, “Pororo” cizgi filminin köhnə bölümlərində dostların arasında əsl dostluğu necə qorumağı göstərirlərsə, artıq yeni bölümlərində dostların arasında sevgiyə işarə olunur. Uşaqlara dostuna başqa gözlə baxmaq ötürülür və qız-oğlan dostluğunun mümkünlüyünə zərbə vurulur. Ümumiyyətlə, azyaşlı uşaqlar üçün cizgi filmlərində sevgi mövzusunun işlənməsi düzgün deyil. Bu hər bir uşaqda uşaqsayağı formada mövcud olur və bu normal dozadır. Cizgi filmlər vasitəsilə uşağın diqqətinin məxsusi bu mövzuya yönləndirilməsi cinsi tərəfin vaxtından tez inkişafına səbəb olur. Necə ki, anaları ilə birlikdə seriallara baxan kiçik qızlar A hərfini yazmağı öyrənməmişdən ağ atlı şahzadə, toy eşqinə düşürlər, kişidir deyib azyaşlı oğlu ilə açıq-saçıq filmlərə baxan ataların oğlulları on yaşına çatan kimi yüngül qız axtarışına başlayırlar. “Ağa deyir sür dərəyə, sür dərəyə” düşüncəsində olan şirkətlər və ya fəaliyyətləri təhlükədə olan şəxslər göstəriş verilən yeni istiqamətə keçirlər. Yenə də, illərdir uşaqlara və böyüklərə fayda verən cizgi filmlərin olması sevindirici və ümidverici haldır. Nümunəvi cizgi filmlərinə sovet dövründə çəkilmiş cizgi filmlərimizi də aid etmək olar... Nuran Gündüzoğlu tədqiqatçı Geri dön |