Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dini Komitə xaricdə dini təhsil alıb qayıdanlardan NARAZIDIR: “Çoxu özünü doğrultmur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Dini Komitə xaricdə dini təhsil alıb qayıdanlardan NARAZIDIR: “Çoxu özünü doğrultmur”

Dini Komitə xaricdə dini təhsil alıb qayıdanlardan NARAZIDIR: “Çoxu özünü doğrultmur”


“Əldə edilən məlumatlara görə, bugünədək xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının sayı 3000-dən çoxdur. Onların içərisində dövlət xətti ilə təhsil alan tələbələrin sayı çox azdır. Bu tələbələrin əksəriyyəti İranda təhsil alıb. Sonrakı yerlərdə isə Misir, Suriya, Səudiyyə Ərəbistanı və Türkiyə gəlir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova Modern.az saytına açıqlamasında deyib:

“Azərbaycanda din sahəsində milli kadrların hazırlanmasının aktuallıq qazandığı günümüzdə təcrübə göstərir ki, xaricdə dini təhsil alanların bir qismi özlərini doğrultmur. Belə ki, bu şəxslər təhsil aldıqları ölkələrdə xarici dini ideologiyaların təsirinə məruz qalırlar. Həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər. Ölkəyə qayıtdıqdan sonra bu ölkələrin həyat tərzi və mədəniyyətinin aktiv təbliğatçısına çevrilirlər. Nəzərə alınmalıdır ki, bu cür dini təhsil həmin ölkələrin dövlət quruluşuna, milli-mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli-mədəni dəyərlərimizə yaddır”.

E.Kərimova qeyd edib ki, bu gün Azərbaycanda xaricdə dini təhsil alanlar arasında dini ayinlərin icraçısı kimi işləyənlər də var:

“Hazırki qanunvericilik imkan verir ki, müvafiq yoxlamalar və attestasiyadan keçdikdən sonra xaricdə dini təhsil alanlardan dini ayinlərin icrasında istifadə olunsun. Lakin onların sayı elə də çox deyil. Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir.
Onu da qeyd edim ki, qanunvericiliyə edilmiş son dəyişikliyə görə, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilə bilər”.

Geri dön