Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri |
*Gününüz xöş gəlsin....
*Bəd xəbər eşitməyəsiniz.. *Hamıya xoş günlər arzulayın... *Qurultay-qurulu yük, qurulu tay... *Yaylaq,qışlaq eşitmişdik, yazlağı da Farizdən öyrəndik... *Güzdəyi də mən demişəm.(Güz,güzəm,güzdək..ki,onu da ... *Yumru-yumru yumurta,vay o gündən ki,onu da qarpız kimi kvadrata çevirələr.... *Qol da var,qoltuq da var. Sırtıq,o söz,bu söz...Daha nə var? *At balası,it balası, qurd balası... Mavri da ki .... *Dana dişi-dişi dana, qara bala-Qarabala... *Göy üzü-göyün üzü, sözün içi-sözün düzü... *Kardan-karlar, sığırlar, kordan-korluq,koruşluq... *Kar deyir səs gəlir, kor deyir qışqırma , görürəm... *Hər adamın öz arşını,öz ölçüsü, nər adamın nər ölçüsü... *Göz gördü,Könül sevdi.... *Aşıq-aşıq oynama,oynayanda düz oyna.... *Zor sözünü az işlədin, indi zor yox,zər (qızıl,var-dövlət) vaxtıdır. *Fikirləşəndə papağın yerini unutmayın... *Dağlar dağımdır mənim, bağların yiyəsi var... *Sizə uğurlar arzulamaq istərdim. İstə də, kim mane olur ki... Fikirləşdi : Nazim Nəsrəddinov. 09.03.2018. Geri dön |