Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Solma, gülüm, solma...
Solma, gülüm, solma... |
(sərbəst vəznli şeir)
Solma, gülüm, solma, Hələ təzə açmısan, Qönçələrin, yarpağın Hələ tərdi, tazədi. Solma, gülüm, solma, Sən solarsan, quraqlıq Vurar məni, bürkü tək, Bu qəlbimi, könlümü Axı sənə açmışam mən, Səndən öncə yox idim, Sənlə var olmuşam mən, Solma, gülüm, solma... Solma, gülüm, solma, Solma tazə çiçəyim, Bil, sənə bağlanmışam, Sən olmusan gərəyim, Ürəyim Sənlə yaşayır hər an, Sən olmasan neylərəm?! Vallahi mən bilmirəm, Ağlamaram, gülmərəm, Günəş təki çıxmaram, Ay tək gecə gəlmərəm, Solma, gülüm, solma... Solma, gülüm, solma, Solma, verəcəm suyun Zamanında, ertədən Duracağam, Sənə bir həzin nəğmə, Lap “Segah” olacağam, Qalacağam Yanında, Ətrafında Narin tumurcuq Açacağam, hər zaman Sənə səcdə edərək, “Namaz qılacağam” Ətəyində, kökündə Gübrə olacağam mən, Bunu heç unutma, sən, Solma, gülüm, solma... Solma, gülüm, solma, Axı sənlə bir mazi Yaşamışıq qədimdə. Solma, qırma mənim də Ürəyimi, qəlbimi, Ağrıtma nə olar, gülüm. Sən solarsan, ruhum da Acıyar inan mənim. Sən həp dayan, kölgəndə Qoy yaşayım, ilbəil Sənə “dua edim” mən İstəməzsən, gedim mən, İnan ki varlığımla Əgər azca üzərsəm Səni, Məndən bezərsən, Alıb bu tənha canı Gedərəm mən, billahi. Deyərəm ki, ilahi, Nə olar rəhm et, Qoy o gülüm solmasın, Mümkün isə canımı Al, ona ver, Ölməsin, Məhəbbətim, saf eşqim, Solma, gülüm, solma... Sən açdıqca, Segahı Sanki ifa edirəm Qutlu tar alətində, Bilirsən də, qədimdə Güllə bülbül eşqini Yazan çox olub Mən də Çalışıram cızma-qara Edim öz aləmimdə, Əzik, buruq kağızda. Solma, gülüm, yoxsa Yox olar şeiriyyatım, Yox olar hər bir şey, Bu müqəddəs sənətim. Axı bülbül olmuşam mən Sən tək gülə aşiq, Meylimi salmışam mən Sənə ey gül, solma gəl. Yalvarışıma qulaq ver, Nə olar, dinlə azacıq, Solma, gülüm, solma... Elşən deyir, bağbanam Bu kiçik gül bağında. Tazə, tər çiçəklər Açmış Sağımda solumda. Tanrı üçün yolum da Bəllidir ki, əzəldən Haqqa varmaqdır qayəm, Bütün vücudum eşqlə Yanır, o qibləgahım, Bu günüm və sabahım Ah, nə qutludur Şahım, Sərv boylum, al taclım, Bircə fərman gözlərəm, Qurban olam yoluna, Haqqına, dərgahına Sürüm qoy üzüm, gəlsin, Mavi gözlü o Dərviş, Xəbər versin elimdən, Şanlı vətən torpağı Üstdə bitən Elə o tər gülümdən... Elşən İsmayıl Yazar Geri dön |