Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk əsgəri Afrinin bir addımlığında - 3300 terrorçu məhv edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türk əsgəri Afrinin bir addımlığında - 3300 terrorçu məhv edildi

Türk əsgəri Afrinin bir addımlığında - 3300 terrorçu məhv edildi


Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatı 52-ci günündə uğurla davam edir.

TSQ və ASO PYD/YPG terror təşkilatlarının əlində olan Afrinin strateji təpələrini ələ keçirib və şəhər 3 istiqamətdən mühasirəyə alınıb.

Olayları hadisə yerindən izləyən təhlükəsizlik mütəxəssisi Abdullah Ağarın sözlərinə görə, şəhərin cənub tərəfi dinc sakinlər üçün açıq qoyulub. Terror təşkilatından canını qurtara bilənlər şəhəri həmin çıxışdan tərk edir. Lakin terrorçular dinc sakinləri əsir götürür və şəhərdəki təhlükə havasını ortadan qaldırmağa çalışır.

Hərəkatın 51-ci günündə TSQ və ASO Afrinin 13 kəndini PYD/PKK terrorçularından azad edib. Beləliklə, hərəkatın başlanğıcından etibarən YPG/PKK-İŞİD-in işğalı altındakı 5-i mərkəz olmaqla, 148 kənd, 32 kritik nöqtəni- ümumilikdə 158 bölgəni azad edib. Hərəkat çərçivəsində 3300 terrorçu məhv edilib, 950 km ərazi ələ keçirilib.

Baş qərargahlıqdan verilən məlumata görə, Şimali İraqın Hakurk, Zap, Gara, Avaşin-Basyan bölgələrindəki hərbi bazalardan əks hücuma hazırlaşan terrorçulara qarşı hava hərəkatında 18 hədəf məhv edilib.

Bölgənin önəmli strateji məntəqəsi olan Cinderesdə mina və partlayıcıdan təmizlənmə işləri davam etdirilir.

TSQ və ASO dünən axşam saatlarında Afrin mərkəzinə 2 km yaxınlıqda yerləşən Əsəd rejimi dövründə “135-ci alay bazası” olaraq tanınan qərargahı ələ keçirib.

Əlavə olaraq, Türkiyənin müxtəlif bölgələrindən göndərilən 6 silah dolu yük maşını “Zeytun budağı” bölgəsinə gedib. Sursatların sərhəd xəttindəki birliklərə dəstək məqsədilə göndərildiyi bildirilib.

Geri dön