Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > SƏFƏVİYƏM
SƏFƏVİYƏM |
(milli və dini-fəlsəfi şeir) Dərviş olub bu ellərə düşmüşəm, Araram həqiqət, araram mən eşq! Mürşidi-kamil alovunda bişmişəm, Qurmuşam Şah taxtında ali bir “köşk”... *** *** *** Mən Tanrının Arslanıyam, Şahın Qızıl əsgəriyəm, Ruhum Sufi ruhudur mənim, Səfəviyəm, Səfəviyəm! *** *** *** Bu ruh ilə yaşaram mən cahanda, Fikrimdən çıxartmam “Ənəlhəqq” sirrin. “La-məkan” oluban yeddi cahanda, Köşkünü araram o Uca Pirin... *** *** *** Taram, sazam, qutlu qopuz Əlimdə var, söylərəm söz. Tanrı məndən uzaq düşsə, Bu bağrıma basaram köz! *** *** *** Yaşıl bayraq, bəyaz hilal məndədir, Misri əlimdə, saz çiynimdədir. Ruhum asimanda, cismim yerdədir, Səfəvilik eşq təki könlümdədir... Elşən İsmayıl Yazar Geri dön |