Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 20 ildir ATƏT müxtəlif bəhanələrlə Azərbaycan topraklarının işğalda qalmasına "şərait" yaradır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > 20 ildir ATƏT müxtəlif bəhanələrlə Azərbaycan topraklarının işğalda qalmasına "şərait" yaradır.

20 ildir ATƏT müxtəlif bəhanələrlə Azərbaycan topraklarının işğalda qalmasına "şərait" yaradır.


ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən biri bu və ya digər səbəblərdən irəli sürdüyümüz təşəbbüsləri reallaşdırmağa imkan vermir”
ATƏT-in baş katibi Lamberto Zannyer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunmamasından narahatlıq ifadə edib.
O, öz narahatlığını Vyanada ATƏT-in himayəsi altında keçirilən “Təhlükəsizlik Günləri” tədbiri çərçivəsində “RİA Novosti” agentliyinə açıqlayıb.
Zannyerin sözlərinə görə, 20 ildən artıqdır bu münaqişənin nizamlanması missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu problemin həlli üçün çox ciddi siyasi səylər göstərib. O həmçinin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edən Dmitri Medvedyevə də təşəkkürünü bildirib: “Tərəflər münaqişənin həllinin ümumi prinsiplərini razılaşdırmağa çox yaxın idilər, lakin irəliləyiş yoxdur. ATƏT həm Azərbaycanla Ermənistan sərhədində, həm də cəbhə xəttində
insidentlərin artması tendensiyasını izləyir. Narahatlıq üçün əsaslar var. Biz mexanizmlər təklif etməyə çalışdıq – etimad mühitinin möhkəmləndirilməsi, atəşkəs rejiminin gücləndirilməsi, insidentlərin təhqiqatı mexanizmi. Bu və ya digər səbəbdən tərəflərdən biri bu təşəbbüsləri reallaşdırmağa qoymur. Hər şey çox siyasiləşib. Tərəflərdən biri nəyəsə razılaşırsa, digər tərəf hesab edir ki, bu, çox pis təşəbbüsdür. İstər-istəməz sual doğur: “Problem mexanizmlərdədir, yoxsa tərəflər müəyyən kompromislər tələb edən addımlara hələ hazır deyillər?”

DAVAM.AZ: Bunların narahatçılığının səbəbi Azərbaycan ordusunun və Azərbaycanda milli ruhun güclənməsindədir...

Geri dön