Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > YALNIZ QİSAS!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > YALNIZ QİSAS!

YALNIZ QİSAS!


Son günlər cəbhə xəttində gərginlik artmışdır. Erməni quldurları ilə toqquşmada artıq 5 əsgərimiz şəhid olmuşdur. Düşmən tərəf bayram edir...

Qudurğan erməni çaqqallarının hikkəsi

Erməni dığacığı Serjik Sərkisyan öz məlum çıxışında bunlrı bildirdi: “İstənilən erməni hərbiçisinin ölümü bütün erməni xalqının itkisidir. Biz hamımız həlak olanların ailələri ilə birgə kədərlənirik. Rəqibə cavab planında bizim kədərimizə təsəlli verəcək bir addım yoxdur. Mən həmişə demişəm ki, təmas xəttində provakasiya fövqəladə təhlükəlidir. Həmçinin qeyd etmişəm, onlar sərt cavab alacaqlar. Son vaxtlar baş verən insidentlər da bunu təsdiqləyir”.

Əlbəttə, erməni belə deyəcək də… 20 ildir torpaqlarımızı tutub, artıq dünya Dağlıq Qarabağı de-fakto erməni torpağı kimi tanıyıb. Qərb və Rusiya üçün “ermənistan” adlı qondarma qurum əziz-giramidir, axı onlar “xristian dünyasının forpostudur”…

Biz isə, yalnız erməni hücumlarına “susdurucu cavab atəşi” açırıq. Siyasətdə olduğu kimi… Allah göstərməsin, bir gün Rusiya və Qərbin təpkisindən çəkinən siyasətçilərimiz ayılıb görəcəklər ki, “danışıqlar yolu” ilə getməyə başları qarışdığı zaman hansısa bir dövlət işğal edilmiş Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb… Onda heç hərbi yola da ehtiyac qalmayacaq… ya da çiyinimizə elə şərtlərlə “sülh sazişi” yükləyəcəklər ki, artıq Qarabağdakı erməni quldurlarına “gözün üstə qaşın var” belə, deyə bilməyəcəyik…

Danışıqlar, yoxsa müharibə?

Əlbəttə, bir millətçi, bozqurçu kimi hərbi yolun tərəfdarıyıq. Bizim iqtidarımız və onun sorosçu müxalifəti Qərb qarşısında o qədər öhdəliklər götürüblər ki, özləri də artıq hansı addımı və necə atacaqlarını bilmirlər. Ancaq erməni qudurğanından hərbi hücumlar və Millətimizi aşağılayıcı bəyanatlar alırlar…

Hətta bir qoca sorosçu politoloq (daha doğrusu, “poliqrantoloq”) bildirir ki, “cəbhədəki qarşıdurma 90 faiz Rusiyanın təxribatıdır”… Soruşasan ki, bəs, ay qoca “poliqrantoloq” ABŞ Senatının 2013-cü ildə “ermənistana” və Dağlıq Qarabağdakı erməni terror rejiminə maliyyə yardımı Azərbaycana qarşı təxribat deyil? Bu 20 il ərzində Avropa Birliyi işğal edilmiş torpaqlarımızdan erməni işğalçıların qeyd şərtsiz rədd olmalarını heç bir dəfə dilə gətirməməsi bəs nədir, erməni quldurlarına dayaq deyilmi?

Bəlkə Rusiyanın tələb etdiyi, Hilları Klintonun tövsiyyə etdiyi, Sabina Frezerin məsləhət etdiyi “problemin danışıqlar yolu” ilə getsək, nə olacaq? Əvvəlki kimi… Torpaqlar ermənidə qalacaq, əsgərlərimiz də şəhid olacaq. Bizim Müdafiə Nazirliyimiz də azğınlaşan ermənilərə “susdurucu cavab atəşi” açacaq. Lap, elə “danışıq yoluna” aludə olmuş siyasətçilərimiz kimi… Bizim iqtidar və müxalifətin sorosçu hissəsindəki siyasətçilərimiz Rusiya və Qərb qarşısında o qədər çoxlu öhdəliklər götürmüşlər ki, nəyi və necə edəcəklərini artıq dəqiq bilmirlər, yalnız “cavab atəşi” açırlar, vəssalam…



Yalnız Qisas!

Biz - Azərbaycan BOZQURDLARI isə, nə Rusiyadan, nə də Qərbdən asılı deyilik! Nə MDB-nin, nə Avroasiya İttifaqına və ya Qərbə, Avropaya inteqrasiya tərəfdarı da deyilik. Dövlətimizin hərbi gücünə arxalanaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi yolunun tərəfdarıyıq!

Hərbi yol isə, iki taktika ilə həyata keçirilir. Birincisi, frontal müharibədir. Yəni, Milli Ordumuz ehtiyat qüvvəsini saxlamaqla yalnız hücuma keçir. Bizim yüksək rütbəli hərbçilərimiz bu yolu bilirlər; onlar tez-tez “Ordumuz işğal edilmiş torpaqları bir aya azad etmək gücündədirlər” - deyirlər. Əgər bu taktika ilə tanışsınızsa, nəyi gözləyirsiniz?

İkincisi, qısa fasiləli, dayanmayan (permanent) müharibə taktikasıdır. Bu taktikaya görə, siyasətçilər vaxt uzadır, “dialoqun bacibliyindən, XXI əsr bəşəri dəyərlərdən, qloballaşmadan və d.” dəm vururlar, Rusiya və Qərb arasında “kim bizimlədir biz də onunlayıq” şərtilə cövlan edirlər. Onlara parallel olaraq hərbçilər düşmənin kommunikasiya məntəqələrini, həyati əhəmiyyətli obyektlərini sıradan çıxarır, əsas isə, düşmənin canlı qüvvəsini sonadək məhv edirlər.

Bu taktika bizim gerçəklikdə daha əlverişlidir. Hərbçilərimiz siyasətçilərimizin siyasi oyunları fonunda dayanmadan düşməni məhv edir, Qarabağı ermənilər üçün böyük bir məzarlığa, cəhənnəmə, murdar erməni ətindən farş düzəldən dayanmayan “ətçəkən maşına” çevirirlər.

Əgər bizim siyasətçilər bunu etmək gücündə deyillərsə, biz - Azərbaycan BOZQURDLARI bunu etmək əzmindəyik!

Pərviz Elay

Geri dön