Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tərslik yaman nəsnədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Tərslik yaman nəsnədir

Tərslik yaman nəsnədir


( təmsil )


Qurbağanın qurquru bürümüşdü aləmi...

Elə bil gəlmiş idi onun şairlik dəmi.

Çox dedilər, Qurbağa, beynimizi qoparma,

Bu səsinlə, küyünlə zəhləmizi aparma....

Eşitmədi Qurbağa nə öyüdü, nə pəndi;

Quruldadı qurhaqur, dedi ki, ..söz mənimdi.

Yığışdılar qonşular bu göldə ki nə ki var,

Eylədilər məşvərət, çıxarıldı sərt qərar;

Zəhlətökən Qurbağa gərək çıxsın qırağa,

Onun qurqur səsindən biz düşmüşük yatağa...

Elə bil ki, nohura balaca daş atdılar...

Bundan sonra rahatca yerlərində yatdılar.

***

Ay Qurbağa, bax necə çıxarılır nəticə,

Oturdulur yerində yaramazlar gör necə...

Qərar sənə olsun dərs, bundan sonra olma tərs.

Demə ki həvəs idi....

Həvəs idi ,

olsun bəs...



Nazim Nəsrəddinov.

Bakı.

04.04.2018.


Geri dön