Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Əlimərdan bəy Topçubaşovla Ənvər Paşanın tarixi görüşü
Əlimərdan bəy Topçubaşovla Ənvər Paşanın tarixi görüşü |
Azərbaycan hökuməti tərəfindən diplomatik missiya ilə İstanbula gəlmiş Əlimərdan bəy Topşubaşov 1918-ci ildə oktyabr ayının 3-də Ənvər Paşa ilə görüşür. Bu görüş Bakı şəhərinin azad edilməsindən sonra baş versə də Ə.Topçubaşovun Ənvər Paşayla söhbətindən Azərbaycanda Nuru Paşaya necə böyük ehtiram bəsləndiyini görmək mümkündür. Söhbət zamanı Ənvər Paşanın da göstərdiyi yardımlara görə Azərbaycan xalqının məhəbbəti ilə əhatə olunduğunu qeyd edirdi. Bu görüş barədə Əlimərdan bəy yazıb. Davam.az Enter.News-ə istinadən tarix elmləri doktoru Mehman Süleymanovun araşdırmalarından əldə etdiyi həmin mətni təqdim edir:
“Qapı ağzında arakəsmə yanında məni təbəssümlə və irəli uzadılmış əlləri ilə qarşıladı. Özümü təqdim etmək və vəzifəmi bütünlüklə dilə gətirmək istəyirəm. Ancaq Ənvər Paşa “Bilirəm, bilirəm” – deyə sözlərimi kəsir və məni kresloya oturdur. Özü də oturur və mənə müraciətlə deyir – Xoş gəlmisiniz. İstanbul xoşunuza gəlirmi (bu vaxt onun üzündə xoş bir təbəssüm vardı). Qəbuldan məmnun olaraq məni salamlamasına öz minnətdarlığımı bildirirəm və xahiş edirəm ki, hər şeydən əvvəl Qafqaz İslam Ordusunun baş komandanı, çox hörmətli Nuru Paşanın salamlarını ona çatdırmağa icazə versin. Mən yola düşərkən o, tamamilə sağ və salamat idi və bütünlüklə iki məsələnin həlli üzərində baş sındırırdı. Onun tərəfindən təşkil edilmiş Azərbaycan alaylarının tezliklə silah və geyimlə təmin edilməsi və (ikincisi) – Bakının alınması. Nuru Paşa salam göndərməklə xahiş etdi ki, sizə çatdırım ki, Gəncədə yaxşı su, dadlı üzüm və alma var, arzu etdiyiniz halda xahiş edirik ki, bizə qonaq gələsiniz. Ənvər Paşa: Dəvətə görə çox minnətdaram. Dünən bizim atamız ora yola düşdü. Ancaq daha çox belə bir məhəbbətlə Azərbaycanı sevən qardaşımın komandanlığı altında olan sizin qoşunların uğurlarından məmnunam. Siz onu (Nuru Paşa) görmüşsünüz. Əhali ona necə münasibət bəsləyir? Axı o bu yaxınlarda bölgələrə səfər etmişdi. Mən: - Əhali də Nuru Paşanı eyni məhəbbətlə sevir və paşa tərəfindən təşkilatlandırılan hərbi qüvvələrə böyük əhəmiyyət verir. Elə mənim yola düşməyim ərəfəsində o, Şamaxı və Zaqatala vilayətlərinə səfərdən qayıtmışdı. Əhali öz qoşunlarının baş komandanını təntənə ilə qarşıladı və hər yerdə göstərilən köməyə görə ona minnətdarlıq bildirildi. Bu kömək olmadan bizim Qafqazda vəziyyətimiz çox pis ola bilərdi. Şübhə etmirəm ki, Nuru Paşanın rəhbərliyi altındakı qoşunlarımız tərəfindən Bakının alınması bütün müsəlmanlar tərəfindən dərin minnətdarlıqla qarşılanmış və paşanın adına şan-şöhrət gətirəcəkdir. Paşa həzrətləri! Biz başa düşürük ki, bütün bunlara görə sizə borcluyuq və heç bir əlavə yol vermədən bunu deməyə cəsarət edirəm ki, öz qardaşınızı belə ağır bir vəzifə ilə bizə göndərməyiniz Qafqaz müsəlmanlarının qəlbini sizin şəxsinizə daha çox yaxınlaşdırmışdır. Onlar əvəllər də sizə türk dünyasının parlaq ulduzu kimi çox böyük məhəbbət bəsləyirdilər və həmin faktı (Nuru Paşanın Azərbaycana göndərilməsi) sizin azərbaycanlı qardaşlarınıza olan məhəbbətin sübutu kimi qəbul edirlər. Ənvər Paşa (məhəbbətli bir təbəssümlə): - Çox minnətdaram. Mən öz borcumu yerinə yetirdim və əgər mənim qardaşım belə bir təəssürat yaradıbsa, buna çox məmnunanm.” Təqdim etdi: Rəşad Sahil Geri dön |