Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > Prezidentliyə namizəd Fərəc Quliyevin seçicilərlə yekun görüşü Şirvanda keçirildi (foto, video)
Prezidentliyə namizəd Fərəc Quliyevin seçicilərlə yekun görüşü Şirvanda keçirildi (foto, video) |
11 aprel 2018-ci il tarixinə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının Prezidentliyə namizədi Fərəc Quliyev təbliğat-təşviqat kompaniyasında keçirdiyi görüşləri aprelin 8-də Şirvan şəhərində keçirilən görüşlə yekunlaşdırıb.
Şirvan şəhər Mədəniyyət Evində keçirilən görüş partiyanın Şirvan rayon təşkilatı tərəfindən təntənəli və bayram ab-havasında təşkil olunmuşdu. Bir gün əvvəl Fərəc Quliyevin görüşlərlə bağlı seşicilərə etdiyi çağırış səbəbindən, tədbirdə böyük seçici fəallığı müşahidə edildi. Qeyd edək ki, bundan əvvəlki Bakı şəhəri, Suraxanı rayonunda keşirilən görüşdə “Milli Şura”-nın təxribata cəhd etməsi səbəbindən Fərəc Quliyev Rusiyanın imperiyaçılıq siyasətinə qarşı milli düşüncəli insanları keçirdiyi görüşlərə çağırmışdı. Görüşə rayon sakinləri ilə yanaşı qonşu rayonlardan da xeyli saydı qatılanlar oldu. Bu səbəbdən də zalda yer olmadığı üçün sakinlərin bir qismi tədbiri dəhlizdən izləməli oldular. Görüşdə ATƏT-in seşkiləri müşahidə missiyasının nümayəndələri və bir çox media nümayəndələri də iştirak etdilər. Lakin, Suraxanı görüşündə təxribata çəhd edən “media nümayəndələri” dəvət olunsalar da tədbirə gəlməmişdilər. Tədbir başlamamışdan əvvəl görüş iştirakçılarına Fərəc Quliyevin kitabça şəklində çap edilmiş seçki platforması paylanıldı. Tərəfdarları Fərəc Quliyevi dövlət bayraqları, partiyanın bayraqları və milli şüralar yazılmış plakatlarla qarşıladılar. Təşkilatçılar tərəfindən səsucaldıcılar vasitəsiylə səsləndirilən vətənpərvər və milli ruhda olan mahnıların sədaları altında Fərəc Quliyevin zala daxil olması seçicilərdə yüksək coşqu yaratdı və sürəkli alqışlar səsləndi. Saat 15:00-da dövlət himni ilə başlayan tədbirdə, seçicilərə namizədin ictimai-siyasi fəaliyyəti və apardığı milli mücadilə barədə məlumatlar verildikdən sonra, öz ideya və düşüncələri, o cümlədən seçki platforması barədə ətraflı çıxış etmək üçün Fərəc Quliyev tribunaya dəvət edildi. Fərəc Quliyev çıxışında seçki platformasının əsas prinsipləri, ayrı ayrılıqda təqdim etdiyi konsepsiyalarda yer almış ən mühim məsələlər, xarici güclərin Azərbaycanda yaratmaq istədiyi təxribatlara qarşı, xüsusən Rusiyanın yürütdüyü imperiyaçılıq siyasətinə qarşı sərt mövqeyini bir daha ortaya qoydu. Həyata keçirmək istədiyi layihələr, irəli sürdüyü ideyalar və prinsipial mövqeyi barədə danışan namizədin düşüncə və baxışları seçicilər tərəfindən alqışlarla qarşılandı. Fərəc Quliyev prezident seçiləcəyi təqdirdə bu prinsipləri tam həyata keçirmək niyyətində olduğunu, lakin bu günə qədər də platformasında yer almış məslələrin həyata keçməsi üçün davamlı olaraq həm millət vəkili kimi Milli Məclisdə, həm də partiya sədri kimi ən müxtəlif formalarda hökumətə təqdim etdiyini, təkliflər şəklində irəli sürdüyünü bildirdi. Sonda Fərəc Quliyev sualları cavablandırdı, şifahi və yazılı edilmiş müraciətlər qeydə alındı. Tədbir bitdikdən sonra Prezidentliyə namizəd brifinq keçirərərək media nümayəndələrinin də suallarını cavablandırdı, bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutduğu proqram barədə məlumatlar verdi. Fərəc Quliyev Mədəniyyət Evinin qarşısında onunla görüşmək istəyən seçicilərlə səmimi söhbətlər apardı və xatirə şəkilləri çəkildi. Səmimi söhbətlər əsnasında sakinlər onun çağırışı ilə tanış olduqlarını və milli düşüncənin daşıyıcıları kimi, Rusiya tərəfindən cəhd edilən təxribatlara cavab olaraq dəstəklərini nümayiş etdirmək üçün görüşə qatıldıqlarını bildirdilər. Bir daha qeyd edək ki, Fərəc Quliyevin prezidentliyə namizəd kimi Suraxanı rayonunda seçicilərlə keçirdiyi görüşdə “Milli Şura” tərəfindən öyrədilmiş adamlar vasitəsiylə təxribat cəhdləri edilmiş və bununla bağlı Fərəc Quliyev Azərbaycan xalqına çağırış etmişdir. Həmin çağırışı təkrar təqdim edirik: “Uca Millətim! Milli düşüncə ilə anti-mili düşüncənin savaşının növbəti mərhələsindəyik. Rusiyanın rəhbərlərindən olan Volodinin qurduğu Milli Şura adlı anti-milli təşkilat seckilər ertələndiyindən hazırlıqsız yaxalanan ağalarından təlimat ala bilmədi və çaşğınlıqla ən primitiv üsullarla seckiyə qatılan milli demokratik qüvvələrə qarşı fəaliyyətə başladı. Bizə qarşı Rusiyanın Azərbaycandakı cocuqlarının əli ilə apardığı isterik fəaliyyət gözlənilən idi.Coşqu ilə keçən görüçlərdə uca Millətimizin bizə olan rəgbətindən əndişələnən bu yazıqlar hər vəchlə qarşımızı kəsməyə cəhd edirlər.Xüsusən son görüşümüzdən “reportaj” hazırlayan, məlum personalar tərəfindən göndərilən,özünü “azadlıq”radiosu müxbirləri kimi təqdim edib, “meydan tv” və Azdalıq qazeti işçiləri çıxan müxbirlərin cahil yazıları bu şəbəkənin nə qədər savadsız və zavallı durumda olduğunu göstırdi. Yüzlərlə görüş içtirakçısı arasından bizim partiyanın üzvü olmayan 3-4 nəfər “tapıb “onların görüşə çağırıldlğını (nə olmaliyd?) cinayət kimi təqdim etməklə nə istədiklərin anlamaq belə olmur. Bu zavallılar anlamırlar ki,namizədin mənsub olduğu partiya üzvləri ona səs verəcək sabit seçicidir. Görüşlərdə əsas məqsəd namizədin düşüncələri ilə yetərincə tanış olmayan elektoratla görüşmək və etimad qazanmaq, səsini almaqdır. MDHP-nin fədakar üzvləri və təəssübkeşləri!İmzatoplama kompaniyasında, Respublika üzrə məntəqələr üzrə plakatların vurulması, təşviqat materiallarının yayılması,minlərlə müşahidəçinin təyin olunmsı prosedurundakı zəhmətiniz əvəzedilməzdir. Görüşlərdə yalnız partiyamızın üzvlərinin iştirakı təmin olunmamalıdır. Bu secki Partiyanın konfrans və ya qurultayi deyil ki,yalnız partiyamızın üzvləri iştirak etsin. Əksinə -hər bir partiya üzvü və təəssübkeşi daha çox başqa partiya üzvlərini, bitərəfləri, siyasətdən müxtəlif səbəblərdən kənarda olan hər kəsi məqbul bildiyi bütün üsullarla mənimlə görüşlər və seçki günü isə səsverməyə dəvət etsin.Rusiyanın cocuqlarının istəmədiyi budur-Sizlərsə məhz bunu edəcək və Volodinin zavallı cocuqlarının primitiv layihələrini pozacaqsınız. Vətəndaşları çaşdıraraq görüş və seckidən yayındırmaq layihəsinin qarşısını fəallığınızla alacaqsınız. Seçicilərlə görüşlərimin təşkilində təbliğat-təşviqat işinin yüksək səviyyədə qurulması təqdir olunandır və bundan sonra da: Yaşadığıniz ərazilərdə,işlədiyiniz məktəb və tibb müəssisələrində,elm mərkəzlərində,büdcə təşkikatlarında hər kəsin keçirəcəyim görüşlərə dəvət olunmasını davam etdirin.Bu insanların secki günü fəallıq göstərməsini seckilərdə iştirak etməsini təşviq edin. Partiyamızın üzvü və təəssübkeşi olan məktəb direktorları,digər yerlərdə olan rəhbər işçilər çağırışımı nəzərə alın. Bu tam qanuni bir prosedurdur. Seçki hakimiyyətə gəlməyin yeganə qanuni yoludur! Uca Millətim, bir daha bəyan edirik-başqa dövlətlərə”uşaqlıq”edənlər Millətimizə heç vaxt böyüklük edə bilməyəcəklər.Bizlər-Milli Demokratik düşərgə buna imkan verməyəcəyik! Bizlər gələcəyik- milli düçüncə iş başına!” Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidməti Şirvan şəhərində keçirilən görüşlə bağlı videonu və görüntüləri təqdim edirik: Geri dön |