Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI

11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI


Milli Dirçəliş Hərəkatı Partiyası 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verdikdən sonra, zamanın az olmasına baxmayaraq bütün imkanlarını səfərbər edərək seçki kompaniyasına qoşuldu. İlkin mərhələdə qısa zamanda partiya tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin namizədliyinin müdafiəsi məqsədiylə 76 dairədən 44732 imzanın toplanmasına nail oldu.
Fərəc Quliyevin namizədliyi qeydə alındıqdan sonra, təbliğat-təşviqat kompaniyasında ödənişsiz təşviqat imkanlarından yararlanmaqla yanaşı, ödənişli təşviqat vasitəsiylə də təbliğatını qurdu.
Ölkənin və paytaxtın müxtəlif rayonlarında keçirilən ümumi görüşlərlə yanaşı, seçicilərlə çoxsaylı məhəlli görüşlər keçirildi.
Bunlardan əlavə kompaniya dönəmində 11000 ədəd 3 cür təbliğat plokatı çap edilərək müvafiq yerlərdə yapışdırılmışdır. Fərəc Quliyevin seçki platforması 50000 ədəd kitabça şəklində çap edilərək ictimai yerlərdə paylanılmışdır. 3000 ədəd isə Fərəc Quliyevin seçki təbliğatı üzərinədə əks edilmiş qələmlər hazırlanaraq tələbələrə bağışlanmışdır. Partiyanın seçki qərərgahında yaradılmış səyyar təbliğat komandası vasitəsilə qurulmuş fərqli təbliğatlardan biri də, səyyar təbliğat proqramı oldu. Həmin proqram çərçivəsində üzərində Fərəc Quliyevin seçki plokatları olan təbliğat avtomobilləri paytaxtda və digər şəhərlərdə təbliğat turları, rayonlararası yürüşlər keçiriblər. Bu və digər vasitələrlə partiya olaraq ideologiyamızın ictimailəşməsini bu seçki dönəmində də yüksək səviyyədə həyata keçirə bildik.
Eyni zamnda tərəfimizdən seçki prosesi seçki komissiyalarındakı üzvlərimiz, səlahiyyətli nümayəndələrimiz, vəkillərimiz və müşahidəçilərimiz tərəfindən yaxından izlənildi. Müşahidə prosesini qaneedici səviyyədə təşkil edə bildik. Ciddi bir qanun pozuntusuna rast gəlinməsə də, qeydə alınan neqativliklərə dərhal müdaxiləmiz nəticəsində problemin operativ şəkildə aradan qaldırılmasına nail olduq.
Müşahidələrimiz nəticəsində seçkilərin uğurla baş tutması qənaətindəyik ki, bu da ölkənin siyasi uğuru deməkdir.
Milli Dirçəliş Hərəkatı Partiyası olaraq biz hakimiyyətə gəlmənin tək sivil yolunu keçirilən demokratik seçkilərdə görürük. Ona görə də ölkədə keçirilən bütün seçkilərdə iştirak edərək, ideya və prinsiplərimizi iş başına gətirməyə çalışırıq.
Lakin müxalifətdə olduğumuz dönəmdə də millətimizə və dövlətimizə faydasının olması üçün uğurlu hesab etdiyimiz prinsipləri və həyata keçirmək istədiyimiz layihələri ən müxtəlif formalarda hökumətə təqdim etmişik və etməkdə davam edəcəyik.

11 aprel 2018-ci il tarixində keçirilmış Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbə qazanmış Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevə növbəti dönəm Prezidentlik fəaliyyətində də uğurlar arzulayır və davamlı olaraq təklif etdiyimiz prinsipləri həm də bizi dəstəkləyən vətəndaşların düşüncəsi olaraq qəbul edəcəyini, fəaliyyəti dönəmində onların ölkəyə faydasının keçməsi üçün diqqətdə saxlayacağına inandığımızı bildiririk.

Milli Dirçəliş Hərəkatı Partiyasının
Mətbuat Xidməti


Geri dön