Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər və yaxud padşahlara layiq uğurlu,mübarək və səadətli kitabdan bir gül dəstəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər və yaxud padşahlara layiq uğurlu,mübarək və səadətli kitabdan bir gül dəstəsi

"Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər və yaxud padşahlara layiq uğurlu,mübarək və səadətli kitabdan bir gül dəstəsi


(Şir və Öküz fəslindən seçilmiş )



Dülgərlik meymun işi deyil.

Dovşanın şikar edən Şir ağ keçisini gördükdə , dovşanını buraxlıb,onun üzərinə hücum edər.

Ali dərəcəyə çatmaq üçün mərd və iradəli adamların köməyə ehtiyacı yoxdur.

Allı adamlar insanların gizli işlərini onların xarici əlamətlərindn, xarici grünüş və qiyafələrindən başa düşərlər.

Üç işi görməyə yalnız üç nadan adam cəsarət edər; şahlarla dostluq etməyə, dadına baxmaq xatirinə zəhər içməyə,

sirri arvada verməyə.

Dama-dama göl olar, dada -dada heç.

Məsləhət və tədbir ilə görülən işi qol gücü ilə görmək olmaz.

İgid adamlara yalnız iki yer yaraşır; o ya şah qulluğunda şöhrət tapmalı, ya inzivaya ( guşəyə-N.N.)

çəkilərək, zahidlik etməlidir.

Zülm qılıncı işlədən həmin qılıncla da məhv olar.

İki şey şahlara yaraşmaz; baş çalmasını ayağa dolamaq, ayaq dolağını başa bağlamaq.

Ağıllı adam düşmən haqqında elə tədbir görməlidir ki, özünə xətəri olmasın.

İşlərin ən yaxşısı odur ki,başlanğıcı xoş, sonu xeyirli olsun.

Dostların ən xoşa gələni odur ki, höcət olmaya və hər işdə kömək ola.

İnsanların ən dövlətlisi odur ki, acgöz və həris olmaya.

Sərvət- ticarətsz, elm- mübahisəsiz, hakimiyyət - siyasətsiz ola bilməz.

Söz nə qədər ki, deyilməyib, onu hər zaman demək olar, lakin deyilmiş sözü geri qaytarmaq mümkün deyildir.

Sirri öz ürəyinə də demə....

Sonrakı peşmançılıq fayda verməz.

Ağıllı adamlar inama xəyanət etməzlər.

Yalan və iftiranın həddi-hüdudu olmaz, o get-gedə artar, azalmaz.

Nə əkərsən, onu da biçərsən.

Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar.



Nazim Nəsrəddinov.

Bakı

08.04.2018.

Geri dön