Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Kəşkül" - "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnaldır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Kəşkül" - "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnaldır

"Kəşkül" - "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnaldır


1883-cü il aprel ayının 10-da Kırımda nəşrə başlayan "Tərcüman" qəzetinin çapından bir neçə gün əvvəlonun haqqında məlumat verən ilk türkdilli mərbu orqan TiflisdəAzərbaycan dilində çap olunan "Ziya" qəzeti idi. İlk nömrəsi 1883-cü il yanvarın n 31-də işıq üzü görən "Kəşkül" jurnalı da bu xəbəri özünün 3-cü nömrəsində oxucularla daha geniş şəkildə bölüşdürməyi mənfəətdən xali bilmir.

Yeri gəlmişkən qeyd edək ki, "Ziya" qəzeti 1879-cu il yanvarın 25-dən 1884-cü il iyunun 26-dək Tiflisdə türk dilində dərc olunan həftəlik,ictimaii-siyasi,elmi-pedaqoji təmayüllü mətbu orqandır. Qəzetin imtiyaz sahibi və naşıri Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı--1905,İstanbul) idi. "Ziya" 1880-ci ilin dekabrın 9-dan "Ziyayi-Qafqasiyyə" adı ilə çıxmışdır.

"Ziya" qəzetinin əsas mühərriri Səid Ünsizadənən kiçik qardaşı Cəlaəddin Ünsizadə(1854,Şamaxı-1933,Ankara) idi.1883-cü il yanvarın 31-də C.Ünsizadə Ziya mətbəəsində "Kəşkül" adlı jurnalın nəşrinə başlayır və qısa bir müddətdn sonra "Ziya" qəzetindən rəsmi şəkildə uzaqlşır.

Əslidə "Kəşkül" Ünsizadə qardaşlarının yeni mətbuat layihəsi idi.Qardaşlar hansı yolla olursa olsun, Qafqazın turkdilli mətbuatında öz mühüm rollarını itirmək istəmirdilər.

Qəzetçilik məsələsində, ədəbi dilin formalaşmasında,söz yox ki, birincilik həmişə Səid Ünsizadənin olub.

Səid Ünsizadə dəfələrlə qardaşı Cəlaləddinı hamının başa düşdüyü dildə, üslubda yazmağa çağırırdı. O, məqalələrinin birinində qardaşına "hər kəsə öz xörəgini verməgi" məsləhət görürdü.

"Ziya"ya göndərrilən yazıları redaktə etmək,faktları icmal yazılarına uyğunlaşdırmaq və bu faktlardan xülasələr hazırlamaq 1883-cü ilədək Cəlaləddin Ünsizadənin vəzifə səlahiyyətinə aid idi.

Bağçasaraydan İsmayl bəy Qaspıralı həzrətlərinin çıxarmağa hazırlaşdığı "Tərcüman" qəzeti haqqında Tiflisə gönddərdiyi "Məxsuseyi-vərəq"lərini -xüsusi məktubularını redaktə edib,onlara yüngülvari əl gəzdirən ,demək olar ki, Cəlaləddin Ünsizadə olmuşdur.

Həmin yazılardan birini-"Kəşkül" jurnalının senzor tərəfindən 28 mart 1883-cü il tarixdə çapına icazə verilən 3-cü nömrəsində dərc olunmuş yaziını oxuculara təqdim edirik.



"Tərcüman" nam ğəzetə

Mətbuat və nəşriyyatı-milliyyəmizin tovsih (vüsətləndirmə,genişləndirmə-N.N.) və pişrəfti uğrunda azxan və dilsai və cahid (çalşan,cəhd eən-N.N.) ) olanlardan biri dəxi Bağçasarayda rüfətlü İsmail bek cənabları olduğu "KƏŞKÜL"ÜN ("Kəşkül" jurnalının-N.N.) keçən nüsxəsində icmala zikr olunmuşdur.Bu həqiqəti təsdiq etməgə şəhadət verən asar (əsərlərin-N.N.) kəsirəsi (çoxu) cümləsinə bir də tazə təb və nəşrinə rüsxət (icazə-N.N.) aldığı ğəzetə "TƏRCÜMAN" nam həftəlik ğəzetə daxil olur.

Biz bu həftə İsmail bek cənablarından aldığımız vərəqeyi-məxsusədə (məxsusi məktubda-N.N.) məzkur(haqqında bəhs edilən-N.N.) asari əlməmnuniyyətlə oxuduq.

"Tərcüman" ğəzetəsinin təb' və nəşr olunmağına aid bir elan-ü bəyan və şəraiti-sairə "Ziya"nın 9-cu və 10-cu ədədlərində ( Ziya qəzeti, N 9, 30.03.1883; N 10, 05.04.1883-N.N.) təfəssilan dərc və nəşr olunmuşdur.İnşallah tovfiqi- xudayar (Allahın köməyi-N.N.) olursa, fevral rusidə etibarən təb' və nəşrinə iqdam olunacağı- məzkur elanda bəyan olunmuşdur.

"Tərcüman" nam qəzeteyi-cədidə siyasət və ədəbiyyata dair fünun və maarif və mənafeyi -əmələyə aid məvaddan (maddələrdən-N.N.) bəhs elədigi lisanda(rusca və tatarca ) həftədə bir dəfə nəşr olunacaqdır. Ümur (işlərin-N.N.) təhriyyəsinə müavinət (kömək-N.N.) göstəriməgi vəd edilənlərdəndir.

"Kəşkül" - "Tərcüman"qəzetini  türk  dünyasına tanıdan ilk  türkdili jurnaldır

"Kəşkül" - "Tərcüman"qəzetini  türk  dünyasına tanıdan ilk  türkdili jurnaldır

"Kəşkül" - "Tərcüman"qəzetini  türk  dünyasına tanıdan ilk  türkdili jurnaldır



Üdabə ( Ədiblər,yazıçılar -N.N.) və danişməndan (alimlər-N.N.) millətdən

1) Qəzan- şəhrində ( müdərris Şəhabəddin) və

(Qəyyum Nəsirof) həzrətləri

2) Ufa şəhrində (Süleymanof Ələddin) həzrətləri

3) Peterburğda (Abdulla Şərifof və İmam Qara Seyyid) həzrətləri

4) Qızlarda (Həmzəyef Knyaz Abdulla Əhməd) həzrətləri

5) Astraxanda (Məqsudof Mənlaəli) Əfəndi

6) Qasımxanda ( ...müdərris Hafiz Şərifəddin ) Əfəndl

Orenburğ tərəflərdə Rəmieflərdən -

7) Məmmədşakir

8) Məhəmmədzakir

9) Peterburğda -Yunisof Molla Xeyrulla

10) Saratofda- Dirdof (?) Abdulla

11) Qırımda - ( Müftizadə polkovnik ismail bek) cənabları

12) Advokat Yəhya Mirzə

13) Yaltada (İmam Xətib Əlhac Həbibula ) həzrətləri

Bunlardan başqa, Ağ Məsciddə Darülmüəllimin naziri QAZAZO və Qoridə yenə

darülmüllimin naziri cənab Çernyayevski və Taşkəndən dəxi (Hüseyn Canşiyef)lərdən

istemdad (imdad , kömək istəmə-N.N.) olunubmuş.

Məzkur zadatkəramdan ibar bir heyəti-təhririyyə qələmində çıqan ğəzetə

dəxi "ELM bə MAARİF TƏRCÜMANİ" olacağına
kim şübhə edər.

"Tərcümani " talib onlar az olmaya.

Çünki ümid ilə budur onun şərait

qiymətini dəxi gətirüriük:

Sənəligi 4 manat

Altı aylığı 2 rubl 50 qəpik

qərar verilmişdir.

"Tərcüman" xüsusunda ayrıca mütaliəyi-məxsusəmiz gələn nömrədə dərc olunacaqdır.

__________________________________

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı.
12.04.2018

Geri dön