Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan birinci türk kosmonavt - ARAŞDIRMA
Tarixin ilk kosmik səyahətində Qaqarinə son anda uduzan birinci türk kosmonavt - ARAŞDIRMA |
12 aprel Beynəlxalq Kosmonavtika Günüdür. 1962-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin bəşəriyyət tarixində ilk dəfə planetin hüdudlarından kənara çıxdı. O gündən sonra Yuri Qaqarin nəinki SSRİ-nin, eləcə də bütün dünyanın qəhrəmanına çevrildi.
Lakin indiyədək açılmayan bir məqam da var: sən demə, Qaqarindən əvvəl kosmosa bir türk kosmonavtı çıxmalı imiş… Modern.az Qaqarinə son anda məğlub olan həmin türk haqqında yazını təqdim edir: “Andirian Nikolayev haqqında çox yazılıb. Sovet İttifaqında kosmonavtlar öləndə adətən “Ulduz” şəhərciyində dəfn edilirlər. Amma onu doğulduğu kənddə dəfn etdilər. Səbəbi Andiriyan Nikolayev hökumətdən narazılığı oldu. Andiriyan Nikolayev eksperiment kimi istifadə etdilər, kosmosa uçan ilk qadın Tereşkova ilə evləndirdilər və yoxlamaq istəyirdilər ki, kosmosa uçun qadın və kişilərin dölünə necə təsir edir. İnsan üzərində aparılan bu eksperimentlər Andiriyan Nikolayev bezdirdi. Narazılığını dilə gətirdi. Arvadı boşadı. Bununla da narazılıqlar başladı”. Araşdırmaçı Əli Şamilin Nikolayev soyadlı kosmonavt barəsindəki qısa məlumatı yəqin ki, onun şəxsiyyəti barəsində sizdə maraq oyatdı. Modern.az da bunu nəzərə alaraq, çox maraqlı tale və xakaterə sahib olan türk xalqlarının ilk kosmonavt oğlu, milliyətcə çuvaş olan Andriyan Nikolayevin ömür yoluna aid bir neçə maraqlı faktı təqdim edəcək. Əvvəlcə çuvaşlar haqqında Rusiya Federasiyasına daxil olan Çuvaşiya Respublikasının əhalisinin çoxunu çuvaşlar təşkil edir. Bundan başqa da onlar Rusiya Fedarasiyasının Tatarıstan, Başqırdıstan Respublikalarında, Samara, Simbirski, Orenburq, Saratov, Tümen, Kemerova və b. vilayətlərində, eləcə də Qazaxıstan respublikasında da toplu halda yaşayırlar. Sayları iki milyon yarıma yaxındır. Bu xalqın etnik kökünü suvarlar və bulqarlar təşkil edir. Miladi 10-13-cü yüzillərdə Volqa-Kama Bulqarıstanının, 13-16-cı yüzildə Qızıl Ordanın və Kazan Xanlığının tərkibində olan çuvaşları 1551-ci ildə Kazan Xanlığının işğalından sonra Rusiyanın əsarət altına düşmüşlər. Bu da daha ağır və faciəvi sonluqla nəticələnmişdir. Rusiya missionerləri çuvaşları xristianlaşdırmaqla soydaşları olan, uzun illər birgə yaşadıqları, birgə dövlət qurduqları tatarlardan, başqırdlardan, qazaxlardan ayırmışdır. Lakin çuvaşları assimilə etmək Rusiyanın hakimiyyət orqanlarının düşündüyü qədər də asan olmamışdır. Onlar böyük çətinliklərlə də olsa dillərini, mədəniyyətlərini, folklorlarını və s. qoruyub saxlaya bilmişlər. İlk türk kosmonavt Sovetlər Birliyinin üçüncü, dünyanın isə kosmosa çıxmış beşinci adamı olan Andriyan Qriqori oğlu Nikolayev 1929-cu il sentyabrın 5-də indiki Rusiya Federasiyasının Çuvaşiya Respublikasındakı Marinski-Posad rayonunun Şorşeli kəndində anadan olub. Andriyan Nikolayevin uşaqlığı, yeniyetməliyi o qədər də xoş və firavanlıqlar içərisində keçməyib. 1930-cu illərdə həyata keçirilən kollektivləşmə ailənin bir parça toprağını və iş heyvanlarını alıbsa, 1937-ci ilin repressiyası xalqının az-çox savadlı və işgüzar insanlarını, 1941-1945-ci ilin savaşı isə əli silah tüta bilən kişilərinin, tarlada çalışan qadınlarının bir çoxunu məhv edib. Andriyan Nikolayevin uşaqlığı aclıq-yalavaclıq içərisində, yeniyetməliyi müəllimlər çatışmayan məktəblərdə, böyüklərin əvəzinə tarlada işləməkdə keçib. Bütün bu çətinliklərə baxmayaraq, o, ruhdan düşməyib. Böyük əzimkarlıqla təhsilini davam etdirib. Kəndlərindəki natamam orta təhsil verən məktəbi bitirdikdən sonra Mari-Posad şəhərindəki Meşə Texnologiyası Texnikumunda oxuyub. 1947-ci ildə oranı uğurla başa vurduqdan sonra da əsgəri xidmətə yollanıb. Əsgəri xidmətini nümunəvi başa vurduqda onu Frunze adına Hərbi-Aviasya Məktəbinə oxumağa göndəriblər. Hərbi-Aviasya Məktəbini 1954-cü ildə bitirdikdən sonra Sovet Sosialist Respubilkaları İttifaqı Hərbi Hava Qüvvələrində xidmətə göndərilib. Uçuşlarda göstərdiyi şücaət və texniki biliklərə dərindən yiyələndiyinə görə onu 1960-cı ildə kosmonavtlar hazırlanan qrupa daxil etmişlər. Yuxarıda adını çəkdiyimiz araşdırmaçı Əli Şamil AzEDU.az-a açıqlamasında kosmonavt barəsində bir xeyli maraqlı faktlara toxunub: “Ötənləri xayırlayanda Andriyan Nikolayev təəccübünü gizlətmədən həmişə deyirmiş ki, özüm də bilmədim, necə oldu ki, mənə həm qırıcı təyyarə pilotluğu, həm də kosmosa uçmaq etibar edildi. Dünyada ilk dəfə kosmosa uçan insan Yuri Qaqarinlə birgə Andriyan Nikolayev məşq edib. Son anda ilk dəfə kosmosa Yuri Qaqarinin göndərilməsi qərara alınıb. 1961-ci il aprelin 12-də Yuri Qaqarinin kosmasa uçuşu dünyada böyük maraqla qarşılanıb. Bu uçuş Sovet Sosialist Respubilkaları İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında kosmosun fəthi uğrunda rəqabəti dərinləşirib. Sovet Sosialist Respubilkaları İttifaqı ikinci dəfə kosmaosa insan göndərməyi planlayanda German Titovla birlikdə Andriyan Nikolayev də məşq edib. Proqramı yüksək səviyyədə yerinə yetirib. Lakin kosmosa German Titovun göndərilməsi məsləhət bilinib”. Bundan sonra Amerika Birləşmiş Ştatları da rəqibini geridə qoymaq üçün kosmosa uçuşlar təşkil edib. Sovet Sosialist Respubilkaları İttifaqı texniki imkanlar olmasa da, kosmosa uzunmuddətli uçuşlar planlayır. Bu, sanki insan üzərində təcrübə aparmaq kimi bir şey idi. Buna görə də kosmonavtları yerdə, kosmik şəraitə uyğun tək otaqlı palatalarda yerləşdirdilər. Bu eksperimental şəraitə ən çox dözərək “dəmir adam” ləqəbini qazanan Andriyan Nikolayev olur. Həmin eksperimentdən az sonra, yəni 1962-ci ildə... Bu uçuş bir neçə cəhətdən önəmli idi. Andriyan Nikolayevdən bir gün sonra, yəni 1962-ci il avqustun 12-də “Vostok-4”lə Pavel Popoviç uçuşa başlayır. Dünayda ilk dəfə kosmik gəmilərin birgə uçuşu həyata keçirilir: Brejneyeveə sui qəsd, türk oğlunun fədakarlığı “Andriyan Nikolayevin idarə etdiyi “Vostok-3” kosmik gəmisi 1962-ci il avqustun 11-15-də kosmosda olur. Dörd gündə Andriyan Nikolayev Yer kürəsi ətrafında 64 dəfə dövrə vurur. Bundan əlavə o, ilk dəfə kosmik gəmidə bağlandığı kreslodan ayrılaraq havasızlıq şəraitində gəminin daxilində hərəkət edir. Əslində, bu kreslo kosmanavtı kosmik gəmidən kənara atmaq, Yer kürəsinə göndərmək üçün nəzərdə tutulmuşdu. Andriyan Nikolayev kreslodan ayrıldıqdan sonra bir daha ona dönərək əyləşə bilməsə idi, üzun müddət gəmisi ilə birlikdə kosmosda qalmaq və ya fəzada sürtünmədən məhv olan gəmi ilə birlikdə ölmək təhlükəsilə üzləşməli idi. Andriyan Nikolayev və Pavel Popoviç Moskvaya təntənə ilə qarşılanmaya və Sovet İttifaqı Qəhrəmanı adının təqdimedilməsinə gətirilərkən Sovet Ordusunun kiçik zabiti Viktor İlin bu qarşılanma mərasimindən istifadə edərək Leonid Brejnevə atəş açmağa cəhd göstərir”. Eksperiment xatirinə evlənmək Kosmonavtlar dəstəsində çalışan Andriyan Nikolayev Nikolay Jukovski adına Hərbi-Hava Mühəndisləri Akademiyasında oxumuş və oranı 1968-ci ildə uğurla başa vurur. 1963-cü il noyabrın 3-də dünyada ilk dəfə kosmosa qadın göndərilir. “Vostok-6” gəmisi ilə uçan Valentina Tereşkova ilə Andriyan Nikolayev evləndirilir. Bu evlilikdən Yelena dünyaya gəlir. Uzun müddət bu ailə xoşbəxtlik, məhəbbətlə qurulmuş bir ailə kimi təqdim olunur. Andriyan Nikolayev müsahibələrində və kitablarında ailəsindən, məhəbbətindən yazır. Xanımı və qızı ilə birlikdə dəfələrlə doğulub boya-başa çatdığı Şorşeli kəndinə gəlirlər. Lakin bu ailənin ömrü səkkiz ili keçmir. Sonralarməlum olur ki, bu evliliyin də arxasında Sovet tibb mütəxəssislərinin bir eksperimenti dururmuş. Ömrün sonuncu kosmik stansiyası Nikolayevi bütün bunlar çox sarsıdır. Həyatının sonrakı mərhələsi haqqında Əli Şamili dinləyək: “Andriyan Nikolayev “Soyuz-8” kosmik gəmisi ilə uçuşlara hazırlaşsa da, ikinci dəfə 1970-ci il iyunun 1-19-da “Soyuz-9” gəmisinin kapitanı kimi uçmalı olur. Onun V.İ.Sevastiyanovla birlikdə uçuşu 424 saat 59 dəqiqə çəkir. Birlikdə elmi-texniki və tibbi-bioloji araşdırmalar proqramını yerinə yetirirlər. Uçuşu uğurla başa vurduğuna görə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı və Qızıl ulduz medalı verilir. 1970-ci ildə aviasiya general mayoru adına layiq görülən texnika elmləri namizədi Andriyan Nikolayev bir müddət kosmonavtların uçuşa hazırlanmasında iştirak etdikdən sonra ictimai-siyasi fəaliyyətlə məşğul olur. 6, 7 və 8-ci çağrış Rusiya Sovet Fedarativ Respublikasıı Ali Sovetinin deputatı olan Andriyan Nikolayev 1982-ci ildən kosmanavtlar dəstəsindən ayrılır. Bir sıra xarici ölkələrin örden və mükafatları ilə təltif olunan, Ayın arxa tərəfinin katerlərindən biri onun şərəfinə adlandırılır. Lakin Andriyan Nikolayevin milliyətcə Çuvaş olduğu heç vaxt vurğulanmırdı. Hansı ki, Sovet strateqləri Sovet Sosialist Respubilkaları İttifaqıda yaşayan xalqların arasında ayrı-seçkilik olmadığını, beynəlmiləl bir ailədə yaşadıqlarını göstərmək üçün kosmonavtlardan birini arvadının soyadı ilə yazırdılar. Çünki bu soyadı türk soyadı idi. Bütün bunlara baxmayaraq, Andriyan Nikolayev ömrünün son illərində doğma yerlərə daha çox gedir, orada uzun müddət qalmağa çalışırdı. Ancaq, artıq həmin torpaqlarda onun doğmaları, yaxın qohumları qalmamışdı”. 2004-cü il iyulun 3-də Andriyan Nikolayev Çuvaşiyada dünyasını dəyişdi. Qızı Yelenanın təkidinə baxmayaraq, Çuvaş xalqı onun cənazəsinin Moskva yaxınlığındakı Ulduz şəhərciyində dəfn edilməsinə imkan vermədilər. Doğma kəndi Şorşeldə dəfn etdilər. Az sonra da qəbri üzərində onun kosmosa uçduğu gəminin formasında movzeley tikdilər. Sonluq üçün “Andriyan Nikolayev ilk uçuşundan sonra kəndlərinə alma ağacı əkmişdi. Sonralar bu alma ağacının ətrafinda gözəl bir park yaratdılar. Andriyan Nikolayevin ölümündən sonra isə bu parkın içərisində də böyük bir muzey yaratdılar. Bu muzey Andriyan Nikolayev adı daşısa da, ona məxsus əşyalar nümaiş etdirilsə də, buraya gələnlər daha çox Çuvaş xalqının tarixi və mədəniyyəti ilə yaxından tanış ola bilirlər”. Geri dön |