Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > BİR QADIN VƏ BİR KİŞİ
BİR QADIN VƏ BİR KİŞİ |
(mənzum hekayə)
Bir qadın Və bir kişi, Sevirlər bir-birini. Amma gəl gör, Uzaqdan, Toxunmadan, astadan Sakitcə danışırlar, Qaynayıb qarışırlar Ehmalca bir-birinə. Amma yenə uzaqdan- -Toxunmadan, astadan- -Elə pıçapıç kimi, Qırammırlar tilsimi. Tilsim nə tilsim belə- -Biri rəhbər, işçidir O birisi... Çox heyif ki, sinfi Mərtəbə var arada: Biri gəlir aşağı, Biri qalxır yuxarı. Biri baxır aşağı, Biri baxır yuxarı. Bütün günü beləcə Baxışırlar gizlicə. İçdən-içə yanırlar, Qovur-qovur olurlar. Lap elə şabalıd kimi. Qırammırlar tilsimi. Tilsim nə tilsim belə- -Biri rəhbər, işçidir O birisi... Lənətə gəlsin hər şey, Belə yazı, bu tale. Axı niyə olmalıdır Hər bir şey də beləcə, Düşünüb gündüz-gecə Kişi və qadın susurlar. Gah giley-güzar edib, Gah da ki unudurlar Taleni, qisməti də, Deyirlər ki, sevirik, Başqa nə lazım ki, nə?! -Əslinə qalsa heç nə. İki könül bir olsa, Samanlıq seyran olar. Cənnətdən mələk ensə, Bu eşqə heyran olar... Çox düşünüb gəzirlər Hərə öz aləmində. Xəyalda büsat qurub, Hətta zifaf keçirib Bir-birinə qovuşub Bu iki dəli aşiq Durmadan sevişirlər, Ayrılıb birləşirlər. Bədən toxunmasa da, Ruhlar can-fəşan edir, Sanki cənnət həzzini Bu dünyada yaşayır Bu iki dəli aşiq... Yanıb qovrulsalar da, Hərə öz yerindədir- -Müdir kreslosunda, İşçi işdə tərləyir. Rahat buraxmır xəyal Nə qadını, kişini, Ax, onu zalım fələk, Yaman görür işini... Ürəkləri döyünür Baxışlar toqquşanda, Sanki yer-göy alışır Kişi qadına baxanda. Ancaq dodaq dişləyib Saç oynadır o qadın. Ayda neçə pomada Dəyişirsə bilinmir, O kişinin xəyalı Yaddaşından silinmir. “Hey!” elə “axmaq!” deyir, Cürbəcür söyüş söyür Ürəyində kişiyə, Ancaq otaq sıxsa da, Çıxa bilmir eşiyə. Yuxarıdan hey baxır Tərləmiş vücuduna O biçarə kişinin. Tanrım kömək eyləsin Bu qovrulan qadına... Kişi də birtəhərdi Bütün günü, Hər saat Ona cəhənnəm kimi Gəlir, Sıxır bu həyat, Dəlir ürəyin, Deşir bu acı qismət. Axı niyə deyəmmir Ürək sözünü ona?! -Yoxsa hər şey beləcə Yetəcəkmi sona?! Qadını düşünməkdən Onun içi quruyur, Bütün günü baxaraq Yerindəcə udqunur Bu biçarə zavallı, Artıq itirir ağlı... Gör, necə qismətdir ki, Bir-birini sevən, Arzulayan ürəklər Yanıb alışmalıdır, Yerində sönməlidir. Çünki kişi növcavan, Qadın isə duldur, dul. Aralarında böyük Yaş fərqi var.- -Hə, nə olsun?! Biri varlı, kasıbdır Digəri də. Kişi heç evlənməyib, Ölüb gedib əri də O biçarə qadının... Bir övladı yoxdur ki, Ovunaydı onunla. Qadınlığın unudub Olaydı yalnız ana. Həm övlad həsrətində, Həm yalnız qadındır o, Gecələri yatammır Buzxana yatağında.- -Nə kiçik bir nəvaziş, Nə də isti bir nəfəs Yoxdur onun yanında... Kişi sadə bir cavan, Kasıb bir fəhlə baba. Yox atası, anası, Var üç gözəl bacısı. Onları oxutmaqdır, Sonra da “köçürmək” – -Deyə, onun arzusu... “Camaat nə deyər?!” deyə, Neçə-neçə taleyə Köz vurdular, köz, dədə. Nə qadına, kişiyə, Nə qocaya, cavana Göz açdırmadılar heç, İcazə vermədilər, Sanki basıb keçdilər Böcək kimi üstündən Çarəsiz insanların. -Xoşbəxtliyin yanında Nə dəxlisi var Yoxun, varın?!- -Biri dinsizdir, olmaz! Biri bərbər, Sevgili Olmaz pinəçidən! Biri əlaçıdırsa, Ona olmaz zərbəçidən Nə sevgili, nişanlı! Biri dağlı, aranlı, Biri kəndli, şəhərli Digəri də... Belə-belə böldülər Bu milləti, bu xalqı, Bilmirəm daha neçə Yerə bölünməliyik?!- -Əgər insanlığımız varsa, Niyə başqa bir şeylə Öyünməliyik?!... Bax, beləcə nə qadın, Nə də kişi cəsarət Edə bilmədilər ki, Kişiyə həmən damğa Vuracaqlar: “ooo, nə bicdir, Bəyənmədi qonşunu, Müdiri “həll elədi”.” Qadına da: “yanıqdır, Cavan uşaq axtarır, Keçiribdir əlinə Binəva o oğlanı, Qartımış qoca kaftar Korlayacaq cavanı”... Ya da başqa bəhanə, Varlı-kasıb söhbəti. Olmadı, yaş məsələsi. “Dedi-qodu” camaatın İşi-peşəsi yoxdur ki, Hər an bəhanə tapar, Əsas odur danışsın... Düşünmürlər, dağılır Neçə ailə bir-bir. Deyirlər, söz yıxan evi Heç top da yıxa bilmir!... Cəmiyyətin basqısı Bəzən artıqdır, artıq! Əsas məslələrdə Heç birləşə bilmirik: Nə dövlət məsələsi, Nə millət məsələsi. Nəyə lazım düşünmək, Filankəs filan edib, Biri Avropaya, Ya da Dubaya gedib. Biri belə qazanır, Biri elə qazanır. Bir insan subay gəzir, Biri nə tez evlənir?!... Demək lazım, ay “adam”, Sənə nə var, danışma! Heç kəsin şəxsi həyatına Qarışma! Kim kimlə baxışır, Kim kimlə tapışır- -Gic-gic şeyləri Düşünməkdənsə, Gəl bir ol millət üçün, Qüdrətli dövlət üçün. Xəbərin var, torpağın Neçə yerə bölünüb?! Xəbərin var, düşmənin Nə qədər və kimlərdir?! Hə, cavab verə bilmirsən, Deməli, sən gərəksiz, Bivec birisən! Bax, onda sus! Sox dilin Lazımlı yerinə sən! Və bir şeyi bilginən, Qeybət günahdır, günah! Bu barədə dinimiz Söyləyir, Buyurub Allah: O kəslər ki, qeybətə, Yalana, Uyub rüşvətə, Günahkardır yanımda! Cəza ağır sonunda!... Və sairə məsələ Deyib gəldik mətləbə: Bu bir qadın və kişi Biçarə baxışaraq Hər şeyi fikirləşib Çox götür-qoy etdilər. Nəhayət, qərar alıb Hər bir şeyi unudub Boyutdan uzaqlaşıb Cəmiyyəti yox sayıb Kafedə görüşdülər. Həmin günü sadəcə Qarşılıqlı baxışıb Və bir az da güldülər. Nə danışmadılar, Nə yeyib içmədilər. Sadəcə xoşbəxtliyin Ruhunu hiss etdilər... *** *** *** Eşq üçün var bu dünya! Yalnız eşqdir həqiqət! Nəyə lazım var-dövlət, Əgər yoxsa məhəbbət?! Hər kəsə sevgi lazım Bu dünyada cahanda, Eşqsiz heç nə var olmaz Ol-bütün asimanda! İnsana sevgi lazım, Cahana sevgi lazım! Sevgi lazım millətə, Gərəklidir dövlətə! Kimsə unutmasın qoy Varlığının mənasın. Sevgi olmasa idi, Tanrı niyə yaratsın?! ELŞƏN İSMAYIL 29.03.2018 Geri dön |