Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Papağımı saxlamışam, qalstuku atmışam
Papağımı saxlamışam, qalstuku atmışam |
Papağımı saxlamışam,
qalstuku atmışam Vaxt olub ki,öz işimin, sənətimin,peşəmin çobanı da olmuam, qananı da, o biri də, yaxşısı da , yamanı da omuşam. Hər bir halda bir kimsədən təmənnam yox, bir kimsəyə borcum yox. Dostlar ilə salam-kəlam öz yerində, söz deyilir,söz yerində... Bütün bunlar, yaxşıdırmı, yoxsa pisdir? Neyləyək ki,qocalıq da , ahıllıq da, bu da ömür,bu da işdir. ...Meyvələrin möcüzəsi-çiçək vaxtı , uşaq ikən ağsaqqallıq, lap elə üz ağlığı-ağ birçək vaxtı, bir az keçir , kallıq ötür -sütül vaxtı ... Kaş ki bircə olmayaydı lılıx vaxtı... işlətmirəm mən o sözü, filan vaxtı,filan vaxtı... ən yaxşısı insan olan adamların insan vaxtı... Mən bunları zamanında,ünvanında yaşamışam... İndi hələ,ağıl başda, papaq başda, işim-gücüm əyriliklə, yamanlıqla bir savaşda... Artıq çoxdan, çıxıb oxdan çoxlarına yaraşmayan qalstuku,şlyapanı atmışam mən... İndi sərbəst bir babayam, bu dünyanı sorğu-sual etmək üçün vaxtım çoxdur, dünya malı öz yerində... gözüm toxdur..... Mərd yaşayıb bu dünyada mən arzuma, istəyimə çatmışam. Bayaqkı söz- papağımı saxlamışam, qalstuku atmışam.. . Bakı.23.04.2018. Geri dön |