Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Canımızın saz vaxtı,dərdin,qəmin az vaxtı......
Canımızın saz vaxtı,dərdin,qəmin az vaxtı...... |
Bu dünyanın milyon-milyon
qızıl günü,özəl günü, öz günü... Bu dünyanın əyri günü, üyrü günü, düz günü... *** Canımızın saz vaxtı, dərdin,qəmin az vaxtı niyə itirdim səni, ay ömrümün güdaz vaxtl,quduz vaxtı,öz vaxtı- hər nəsnəyə iddialı,mız vaxtı... *** Boş-boşuna keçən günüm,ayım vay, Bu zamanı necə anım,sayım , vay... Bir sözdür də,indi düşdü yadıma, Deməyin ki,nə salmısan səs,haray. *** Yeri ,göyü düz düzünə görərdim, Söyüdlərin saçlarını hörərdim... Gözıəliyi görən zaman gözlərim, Deyərdim ki,ah nə sərim,nə dərdim.. *** İndiki vaxt...Dağa pələ gedərdik, Pəl bəhanə... Elə-belə gedərdik... Günümüzün ayazıyan vaxtların, Naşılığı bilə-bilə gedərdik. *** On gündən bir nobatımız çatanda, Uşaq-muaq körpə kimi yatanda, Qoyunları yamaclara sərərdik, Evə yalnız gələrdik gün batanda. *** Bu Vəlinin, o,Əlinin qoyunu, Sahibləri aparardı malların. Bizi görüb qoca-qoca nənələr Yaşmağını qaldırardı şalının . *** Həsən baba qısqananda nənəni, Bir xanımlıq bürüyərdi Sənəmi. Qaşı,gözü, ağ birçəyi yerində, Qoca minib cin atına yenə mi ? Eh kim nə deyir, özü bilər, oyünər, Kimin qəlbi nə vaxtacan döyünər.... Hər bir adam əcəlilə oləndə, O dünyada ancaq özü,öz gününə sevinər... *** Ömrü boyu qocalığa yox deyən, Ucalığa simvol olan adım, hey... Min hiyləyə, milyon şərə-- torba tikən , palanduz... Şairliyə bir bəhanə, bir yol olan adım hey.. Nazim bəy, Nazim bəy.... Nazim Nəsrəddinov. Bakı. 26.04.2018. Geri dön |