Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > “KOMMUNİZM VƏHŞƏTİ” QANA SUSAMIŞ “FƏHLƏ”?!
“KOMMUNİZM VƏHŞƏTİ” QANA SUSAMIŞ “FƏHLƏ”?! |
(milli oçerk xarakterli sərbəst vəznli şeir) Onun adı ilə Başladı hər şey, Guya qurulacaqdı Fəhlə hökuməti – - Yalan! Əlindən, əməyindən, Dilindən, çörəyindən İstifadə etdilər. Tiranlığı qurdular, Onu basıb keçdilər. Cəmi bir neçə ayda Öncə müstəqilliyin, Sonra da bayrağını Aldılar ondan. Yazıq nə deyə bilərdi?! İstədiyi çörəydi, Bir azca yaxşı yaşamaq. Amma olmadı qismət Rahatca nəfəs almaq... Hər işə qarışdılar, Qarışqatək daraşdılar Xalqın olan hər şeyə, Lap hədlərin aşdılar, Var-dövlət yetmədi, Ac gözləri doymadı, Taladılar hər şeyi, Kimsədə bir cüt qoyun, Toyuq-cücə qalmadı. Əsas tutaraq “adın” Taladılar xalqın varın-yoxun. Guya hər şey onundu, Onunçün edilirdi,. Amma gerçək budur ki, Moskvaya gedirdi Oğurlanan hər qızıl, Hər gümüşün qramı – - İşi görən görürdü. Yaşanırdı fəhlənin Fonunda Böyük bir xalqın dramı... İdarə etmək üçün Həm kiçiyi, böyüyü, Həm kasıbı, varlını, Narkoman, nəyşəxoru, Fahişəni və “voru”, Həbsxana sistemin Mülküyə daşıdılar: “Dedovşina”, oğurluq, Korrupsiya – hər bi şey Onlar üçün qanundu. “Xalqların azadlığı” Bəhanəsiylə Yaratdılar ən böyük Xalqlar həbxanasın. Buna necə dözsün ürək, Deyin, Yoxsa dayansın?!... Hələ bunlar nədir ki, Adımızı da dəyişib Bizi yad eylədilər Doğma olan hər şeyə. Bu vaxtacan qanı bir, Canı bir olanları Ayırdılar, Bir dinə inananları. Millət və din bizimçün Ölüm bəhanəsiydi... Ayağa qalxmayaq deyə, Anlamayaq deyə, Bu çirkin oyunu, Bir-bir həbs etdilər, Güllələyib keçdilər Zirehli maşınlarla Ziyalının üstündən. Biri “vətən xaini”, Biri “millət düşməni” – - Bəhanəsi çoxuydu Bizə qarşı olanın... 70 ilin içində Nələr itirmədik ki: İrəvan, Zəngəzurun Bütün hissəsi getdi, Qazaxın bir parçası, Dərələyəz bölgəsi Verildi erməniyə. Soruşan lazımdı ki, Niyə, axı niyə?! Borçalı, Sığınax Və s. torpaqları Niyə verdik gürcüyə?! Yeni sistem – kommunizm Kor-koranə işğaldı, Niyə anlamadıq ki, Yoxsa Qanımız halaldı “Rus” adlı quduz köpəyə?! Xaltasını kim tutur, Kim idarə edirdi Bu boyda “qan dövlətin”?! Sorular çoxdur, dədə... Hər yeni katib köhnəni Andırırdı. Kolxozlar, kommunalar Fəhləni “qandırırdı”: Elə bir gün gələcək ki, Bütün dünya neməti Bərabər bölüşüləcək İnsanlar arasında, Heç bir fərq olmayacaq. Amma, Bəli, bu işdə bir “əmma” var! O zaman nədən Neftin, qazın hamısı Rusa peşkəş çəkildi?! Niyə “zəngin” ölkədə Çörək növbəsi vardı?! Çox “böyük” maaş idi O “150 manatlar”, Onun bəhanəsinə “Partkoma” çalışırdı Tələbələr, qadınlar. Deyən lazım, azadlıq Bu idimi görəsən?!... Fəhlənin adın tutub Taladılar milləti, Hər kəs pampıq yığmaqda, Hanı bu xalqın qeyrəti?! Yoxsa rusa “donbalmaq” Ləzzət eləyir ona?! Yox! Bu qədər qeyrətsizlik olmaz! Ta 1920-dən bu yana Canını fəda edən Minlərlə Türk igidi: Generalı, əsgəri Savaşdı dayanmadan. Hətta nəslin sildilər, Amma onlar dönmədi Fikrindən, niyyətindən. Çünki and içmişdilər Bu torpağa, vətənə, Süngülərin soxdular Kommunistlərin “bir yerinə”. Neçə bəy və zadəgan Qoşuldu haqq savaşına, Əli silah tutan kəndli, Sənətkar, əsgər ilə birlikdə. Gəncə ayağa qalxdı, Qarabağ üsyan etdi, Zaqatala titrədi, Şəki “azadlıq!” dedi. Lənkəran, Şamaxıda, Göyçayda və Xızıda Dirəniş, savaş oldu, Neçə kommunist köpək Gecə-gündüz vuruldu. İl ili səslədi və “Məhkəmələr” quruldu: Ard-arda represiya, “Kulak” və s. bəlalar Bu xalqa düçar oldu, Ancaq savaş bitmədi Və nəhayət, “Fəhlə” höküməti Yerlə-yeksan edildi 70 ilin sonunda... Neçə-neçə oğullar Can qoydu Vətən uğrunda: Pişnamazzadə- - O, böyük vətən oğlu – - Dini təriqətsiz, məhzəbsiz Qəbul edən əsl dindar. Əli bəy Ziziski – - Düşmənə qan udduran Quba əsilzadəsi. Ləyaqət, əyilməzlik Simvoludur bizimçün Kərbəlai İsmayıl. Bir də Bəhlul Behcət- - Zəngəzur qazisi, Divan tutmuş düşmənə- - O murdar erməniyə. Gəncə üsyana qalxdı O rəhbərin adıyla – - Millətinin öz oğluydu Cahangir Kazımbəyli. General Cavad bəy Şıxlınski, Məhəmməd Mirzə Qacar, Xoylu Hüseynqulu, Əmiraslan Xan kimi Daha neçə igidlər – - Əmir Kazım Mirzə Qacar, Qardaş Türkiyəmizin Cəsur hərb rəhbəri Bizim üçün gəlmişdi – - Səməd bəy Rəfibəyli. Əşrəf bəy Qarxunlu, Bəhram bəy Nəbibəyli, Emin Ağa Acalov, Möhübəli Əfəndi Kuzunvi Və s. igidlər Bu torpağı sevdilər, Vətən üçün, xalq üçün Canlarını verdilər, Adları çəkilməyən Yüzlərlə kəslər... Çox dərinə getmədən Qısacası deyim ki, Bir az təhlil eyləsək, Tarixə səfər etsək, Hər şey aşkar olunar: O vaxt çox qan içibdir Adı “fəhlə” olanlar, Əziyyətin çəkibdir Özü fəhlə olanlar. İndi sən de, əzizim, Dəyərli oxucum mənim, İllərlə təriflənən, “Yerə-göyə sığmayan” Sovetmiydi fəhlənin, kasıbın dadı?! Yoxsa xalqın imdadı Musavat igidləri, Ruhu peyğəmbəranə Olan böyük öndəri – - Bütün soyunu qurban Verdi bu xalq, vətənçün, Gör, necə dəhşətdir ki, Qürbətdə verdi o can... (ardı var...) ELŞƏN İSMAYIL Gənc ədib və kino insanı Geri dön |