Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Darhan Kıdırali: UNESCO yox olmaq təhlükəsi ilə qarşılaşan türk dillərini qorumalıdır
Darhan Kıdırali: UNESCO yox olmaq təhlükəsi ilə qarşılaşan türk dillərini qorumalıdır |
Dəyərlərimiz bir, taleyimiz ortaqdır. Dilimiz çox yaxındır. Buna görə də Göytürk əlifbasının oxunuşunun 125 illiyini UNESCO-nun baş qərargahında birlikdə qeyd edirik. Bu tarix çox önəmlidir.
Bu fikri müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali söyləyib. “Bu gün bəzi türk dillərinin yox olmaq təhlükəsi ilə qarşılaşdığı məlumdur. Biz onların təmsilçilərini bu Foruma dəvət etdik ki, onlar öz ana dilində çıxış etsinlər. Burda türk dilinin istifadə dairəsinin nə qədər geniş olduğunu görürük”, - deyə D.Kıdırali diqqətə çatdırıb. Qeyd edib ki, bu forum onlarca türk ölkəsinin nümayəndələrini bir araya gətirib. Tədbirdə türk xalqlarının ortaq dəyərləri, dil zənginliyi və böyük şəxsiyyətləri xatırlanır. D.Kıdırali deyib: “Forumu UNESCO-da keçirməkdə məqsədimiz türk dilinin bu təşkilatda əsas dillərlə eyni sırada durmasına nail olmaqdır. Avropa və Asiya qitəsində yüz milyonlarla insan bu dildə danışır. Bu dilin qədim tarixi, zəngin ədəbiyyatı var. O, dünya ədəbiyyatına böyük töhfələr verib. Ona görə də UNESCO-da türk dili bayramının qeyd olunması bu dilin haqqıdır”. Beynəlxalq Türk Akademiyasının prezidentinin sözlərinə görə, dünya dillərini qoruyan UNESCO danışıqda az istifadə olunan türk dillərini də qorumalıdır. “UNESCO dünya mədəni irsinin qorunmasını təmin edir, türk mədəni irsi də onun bir hissəsi olduğu üçün burada forumu təşkil etdik. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə UNESCO-ya təşəkkür edirik. Bu, Beynəlxalq Forum milli komitələrimizin birgə dəstəyi sayəsində ərsəyə gəlib. Forum çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi də qeyd ediləcək. Bu, bütün türk tarixi üçün çox vacibdir”. Geri dön |