Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Milli Məclis iyunun 29-da “İctimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edib
Milli Məclis iyunun 29-da “İctimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edib |
Milli Məclis iyunun 29-da “İctimai Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər edib. Bunlardan biri “İctimai yayımçının hüquqi statusu” ilə bağlıdır. Dəyişiklikdə deyilir ki, ictimai yayımçı öz əmlakı üzərində mülkiyyət hüququna malikdir, bu əmlakdan ictimai yayımın məqsədləri üçün istifadə edilə bilər. Digər bir maddəyə dəyişiklikdə isə qeyd olunur ki, ictimai yayımçının əmlakı ancaq yeniləşdirilmək məqsədi ilə satıla bilər.
Yeniliyə əsasən, ictimai yayım xidmətlərinin rəhbərləri, baş rejissorlar müsabiqə əsasında seçilir, Yayım Şurası onları sadə səs çoxluğu ilə təsdiq edir. Daha bir dəyişiklik bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması barədədir. Geri dön |