Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-dakı diaspor təşkilatı Konqresin Helsinki Komissiyasına müraciət ünvanlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > ABŞ-dakı diaspor təşkilatı Konqresin Helsinki Komissiyasına müraciət ünvanlayıb

ABŞ-dakı diaspor təşkilatı Konqresin Helsinki Komissiyasına müraciət ünvanlayıb


Nyu-Yorkdakı “Azərbaycan Evi”nin rəhbəri Münəvvər Vahabova ABŞ Konqresinin Helsinki Komissiyasına bəyanat ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət yürütdüyü və atdığı addımların öz milli maraqlarına uyğun olaraq müəyyənləşdirdiyi qeyd edilib. Bununla yanaşı bildirilib ki, Azərbaycan müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, həmçinin milli maraqlarına uyğun balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğu və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb etdiyi də bəyanat öz əksini tapıb.
Bəyanatda, həmçinin bildirilib: “Azərbaycan 2011-ci ildə baş verən dəhşətli terror aktında dərhal ABŞ-ı dəstəklədiyini bütün dünyaya bəyan etmişdir. Bunun bir səbəbi ölkəmizin humanizm prinsiplərini rəhbər tutaraq hər cür terrorçu fəaliyyətin əleyhinə çıxış etməsidirsə, digər bir səbəbi isə 1990-cı illərdə Ermənistan Respublikası tərəfindən himayə edilən terrorçu qrupların hücumuna məruz qalması, yəni terrorun necə böyük bir bəla olduğunu bilməsidir” .

Geri dön