Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın birinci xanımı Melani Tramp xəstəxanaya yerləşdirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ABŞ-ın birinci xanımı Melani Tramp xəstəxanaya yerləşdirilib

ABŞ-ın birinci xanımı Melani Tramp xəstəxanaya yerləşdirilib


Bazar ertəsi Ağ Ev Melani Trampın Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdə böyrəklərinin müalicəsi üçün prosedur keçdiyini bəyan edib.

Birinci xanımın əlaqələri üzrə direktorunun bəyanatında Melani Trampın embolizasiya proseduru keçdiyi bildirilir. Daha sonra bəyanatda deyilir: “Prosedur uğurla, ağırlaşma olmadan keçib. Xanım Tramp Uolter Rid adına Milli Hərbi-Tibbi Mərkəzdədir. Ehtimal ki, bütün həftəni orada qalacaq. Birinci xanım bütün ölkə uşaqları üçün apardığı işlərini davam etdirməkdən ötrü tam sağalmasını gözləyir”.

Geri dön