Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəmizdə ilk dəfə əməliyyatın yeni forması icra edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ölkəmizdə ilk dəfə əməliyyatın yeni forması icra edilib

Ölkəmizdə ilk dəfə əməliyyatın yeni forması icra edilib


Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölkəmizdə ilk dəfə transanal minimal invaziv cərrahiyyə əməliyyatı həyata keçirilib.

Mərkəzin ümumi cərrahı İlqar İsmayılov əməliyyat barədə məlumat verərkən deyib: “Xəstədə düz bağırsağın maliqnizasiyaya uğramış 6 santimetr ölçüdə polipi aşkar olunmuşdu. MRT və EndoUSM müayinələri ilə həmin törəmənin əzələ qatına sirayət etmədiyi təsdiq olunandan sonra TAMIS üsuluna uyğun olduğu qərarına gəldik. Minimal invaziv cərrahiyyənin ən son yeniliklərindən olan TAMIS (Transanal Minimally Invasive Surgery) üsulu özəl endoskopik alətlərin istifadəsi ilə düz bağırsaq kütlələri və böyük ölçülü poliplərin transanal yolla əməliyyat olunmasına imkan verir. Transanal minimal invaziv cərrahiyyə üsulu düz bağırsaq əməliyyatlarında daha geniş tətbiq olunma perspektivinə malikdir”.

Həkimin sözlərinə görə, ilk dəfə olaraq transanal minimal invaziv əməliyyat, yəni təbii dəliklərdən endoskopik əməliyyat aparılıb və uğurla icra ediməsi nəticəsində 67 yaşlı xəstə daha geniş və riskli düz bağırsaq rezeksiyası əməliyyatına məruz qalmadan, kolostoma çıxarılmadan bir gün sonra evə buraxılıb.

Geri dön