Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 27 Avropa Ölkəsi İran neftinə qoyulan embarqo qərarını dəstəklədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > 27 Avropa Ölkəsi İran neftinə qoyulan embarqo qərarını dəstəklədi

27 Avropa Ölkəsi İran neftinə qoyulan embarqo qərarını dəstəklədi


Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri iyulun 1-dən etibarən Aİ ölkələrində İran neftinin idxalına embarqonun qoyulması barədə qərar qəbul ediblər.

Bu barədə Avropa İttifaqı şuranın sədri Herman van Pompey məlumat verib.

“Avropa İttifanın şurası bazar günündən qüvvəyə minəcək Aİ-nin qəbul etdiyi bu qərarı dəstəkləyir”, deyə Pompey ikigünlük görüşlərin nəticəsi kimi bildirib. Onun sözlərinə görə, sammit iştirakçıları İran hakimiyyətini nüvə proqramı ilə bağlı “altılarla” görüşündə konstruktiv mövqe tutmağa çağırıblar.

Bununla da Aİ şurası birliyin 2012-ci il yanvarın 23-də qəbul etdiyi qərarı təsdiqləmiş oldu. Beləliklə də, iyulun 1-dən İran neftinin Avropa İttifaqına üzv olan ölkələrə idxalına qadağa qoyuldu.

Xatırladaq ki, fevralın sonlarında mətbuat katibi Marlen Holnsner bildirmişdi ki, Aİ-yə üzv olan ölkələrin kifayət qədər neft ehtiyatı var və onlar 4,5 il İran nefti olmadan da keçinə bilərlər.

Geri dön