Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Uşaqlar üçün geyim seçməyin qaydaları
Uşaqlar üçün geyim seçməyin qaydaları |
Valideynlər övladlarının zövqlü və gözəl görünməsini istəsələr də, təəssüf ki, gözəllik altında gizlənən təhlükədən xəbərsiz olurlar. Körpə dərisinin həssaslığını nəzərə alsaq, narahatlığın əbəs yaranmadığı üzə çıxar.
Uşaqların dərisi güclü sorma qabiliyyətinə malik olduğundan keyfiyyətsiz geyimlərdən istifadə olunan zaman parçadakı kimyəvi maddələr bədənə daha asan ötürülür. Nəticədə uşağın dərisində səpgilər və digər allergik reaksiyalar əmələ gəlir. Azərbaycan Tibb Universitetinin əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva uşaqlar üçün yalnız təbii liflərdən hazırlanmış paltarların alınmasını məsləhət görür: “Pambıq, ipək, kətan və yundan hazırlanmış paltarların uşaqlar üçün alınması daha məqsədəuyğundur. Yay mövsümü üçün övladlarına paltar almağa hazırlaşan valideynlər geyimlərin istilikkeçirmə və buxarlanma qabiliyyətinin olmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusilə alt paltarların təmiz lifdən olması vacibdir. Üst geyimlər dəri ilə təmasda daha az olduğundan süni liflərdən ola bilər. Uşaqlar üçün geyim aldıqda gigiyenik sertifikat da tələb edilməlidir. Həmin sertifikat geyimin təbii liflərdən hazırlandığının göstəricisidir. Uşaqda səpgilər və ya bu kimi digər qeyri-spesifik hallar müşahidə olunduqda, pediatra müraciət etmək mütləqdir. Həkim-pediatr məsləhət bildiyi halda allerqoloq müayinəsi də aparılmalıdır”. Geri dön |