Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bayıl yamacında vəziyyət kritikləşir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Bayıl yamacında vəziyyət kritikləşir

Bayıl yamacında vəziyyət kritikləşir


Bayıl qəsəbəsi, Buxta 9 küçəsində təhlükəli vəziyyət davam edir. Sürüşmə baş verən ərazidə kommunal xidmətlərin verilişi dayandırılıb.

Öncə məlumat üçün qeyd edək ki, mayın 15-də saat 20:00 radələrində Səbayel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

Sakinlər “Yeni Müsavat”a bildiriblər ki, hazırda ərazidə sürüşmə nəticəsində dağılan evlərin söküntü işləri aparılır. Həmin ərazidə isə bütün kommunal xətlər də kəsilib. Nəticədə yaxınlıqda yaşayan qonşular işıqsız, qazsız qalıblar. Sakinlərə Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu həftənin 3-cü günü onlara köçürülmə və ya hər hansı bir tədbirin görülməsi ilə bağlı konkret söz deyiləcək.

Buxta küçəsində baş verən sürüşmə, yaxınlıqda yerləşən 16 mərtəbəli binaya da təsir edib. Sakinlərin sözlərinə görə, artıq binanın divarlarında çatlar əmələ gəlib. Mütəxəsisslər isə qeyd edirlər ki, bu ərazidə hər zaman sürüşmə hadisəsi baş verə bilər. Çünki ərazi relyef baxımından yaşamaq üçün yararlı deyil. Üstəlik də evlər tikilən zaman yamacın kəsilməsi, torpaq qatının aşağıya doğru sürüşməsinə təsir edir.

Mütəxəssislər onu da qeyd edirlər ki, tikinti işləri aparılan zaman aktiv sürüşmə zonaları nəzərə alınmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin təbii səbəbləri - relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, suffoziya və sairdir. Eyni zamanda antropogen amillər - texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi amillərin Bayıl zonasına təsiri nəzərə alınmalıdır.

1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov “Yeni Müsavat”a bildirdi ki, Bayıl ərazisində sürüşmənin əsas səbəbləri kanalizasiya sularıdır: “Ərazidə kanalizasiya sistemi olmadığı üçün sürüşmə də baş verir. Orada başqa səbəb yoxdur. Oradakı tikililər hələ sovet vaxtından var. Sonradan da ərazidə tikinti işləri aparılıb. Bir məsələ də var ki, əvvəllər suyun verilişində fasilələr olduğu üçün indiki qədər yamaca kanalizasiya suyu axıdılmırdı. İndi isə suyun verilişi fasiləsizdir və yamaca da axıdılan kanalizasiya suyunun miqdarı avtomatik olaraq artıb. Bütün bunl
Badamdar yaylası böyük bir faciədir. Orada bu şəkildə, kanalizasiyasız tikintilər aparmaq olmazdı. Şəhərdə qayda yaradılmalıdır. Ev tikən adama deyilməlidir ki, xərclərin 40 faizi kommunal xətlərə sərf olunmalıdır. Bizdə isə bu qayda yoxdur. Binanı tikirlər, sonra fikirləşirlər ki, bunun kanalizasiyasını hara verəcəklər. İnsanların təcrübəsi olmadığı üçün bu cür hallara yol verirlər. Bakının xeyli sayda bu kimi problemləri var. Məsələn, ”Şıxov" deyilən ərazi başdan-başa çimərlik idi. İndi oranı da məhv ediblər. Şəhərin Biləcəri, Xırdalan və sairə hissəsinin kanalizasiyası ora axdığı üçün çimərlik sıradan çıxıb".arın nəticəsində dağın yamacı şişir və sürüşmə başlayır. Bu proses hələ davam edəcək.
Mütəxəssis Bayıl ərazisinin yaşamaq üçün uyğun olmadığını dedi: “Şimal tərəfdə yeni tikintilər aparılıb. Ərazi tamamilə yaşıllıq zona olub. 10 ildən sonra orada da sürüşmənin başlayacağını görəcəyik. Ona görə də yamaclar tikintilərdən azad olmalıdır. Tikinti də aparan zaman bunu ağılla, qaydalara uyğun şəkildə etmək lazımdır. Ərazidə yol yox, iz yox. Kim necə istəyir, elə yol çəkir və ya quyu qazıb kanalizasiyasını ora buraxır. Bu baxımdan problemləri həll etmək üçün Bakıya ağıllı, düşüncəli rəhbər təyin olunmalıdır. Bayıl yamacında bir çox evlər müharibə zamanı tikilib. Sonradan orada tədbir görməkdən, tikintiləri daha da artırıblar. Tikdiklərinə də kanalizasiya xətti çəkməyiblər. İndiki şəraitdə isə orada nə kanalizasiya xətti çəkmək olar, nə də başqa bir iş görmək mümkün deyil. Onu zamanında etmək lazım idi. Küçələr çəkilməli, istinad divarı yaradılmalı idi. Bunların isə heç biri olmayıb. Ərazidə üstdəki ev, aşağıdakı evin istinad divarıdır. Müharibə vaxtı orada insanlar özləri üçün elementar yaşayış yeri düzəldiblər. Həmin zaman insanlar nə kommunal xidmət haqqında düşünürdülər, nə də başqa bir fikirdə deyildilər. Sonradan isə sovet dövründə ittifaq hökumətinin qərarı vardı ki, sənaye, neft ərazisində olanların hamısı köçürülməlidir. Bu istiqamət üzrə xeyli işlər görüldü. Bayıl yamacında neft olmadığı üçün ora fikir verən olmadı. Nəticədə həmin ərazidə hələ o dövrdən məskunlaşanlar öz yerlərində qaldılar, üstəlik yeniləri tikildi və bugünkü vəziyyət yarandı”.

Geri dön