Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İlk Fars-Azərbaycan lüğətinin müəllifi - Hinduşah ibn Səncər Naxçıvani
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > İlk Fars-Azərbaycan lüğətinin müəllifi - Hinduşah ibn Səncər Naxçıvani

İlk Fars-Azərbaycan lüğətinin müəllifi - Hinduşah ibn Səncər Naxçıvani


Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız ilk Fars-Azərbaycan lüğətinin müəllifi Hinduşah ibn Səncər Naxçıvani haqqındadır.

Görkəmli alim, ictimai-siya­si xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xarabakilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbay­cana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bil­dirməkdən ötrü “Naxçıvani” adını daşımışlar.

Hinduşah təhsilini Bağdad­dakı ən məşhur mədrəsələrdən sayılan “Müstənsiriyyə”də al­mışdır. O, burada ilahiyyatı, ri­yaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsəblərin dərs proqramalrına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.

İlk İlxanlar zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi təyin olunur. Dövlət qarşısında xidmətbrinə görə ona fəxri “Fəxr əd-Dövlə” adı verilir. Eyni zaman­da Hinduşah tarix, dilçilik və poeziya ilə ciddi surətdə maraqlanır.

O, Azərbaycan və bir sıra qonşu ölkəbrin ictimai-siyasi həyatın­dan bəhs edən “Təcarüb üs-sələf” (“Sələflərin təcrübəsi”) əsərinin, 1307/8-ci illərdə ərəb dilində qəbmə aldığı “Məvarid ül-ərəb” antalogiyasının, fars dilində bir sıra məşhur şeirlərin, habelə “Əs-Siha-hü-l-əcəmiyyə” adlı leksikoqrafik əsərin müəllifidir.

Hinduşah “Təcarib üs-sələf” əsərini Luristan atabəyi Yusif şaha (1296-1330) həsr edib. Belə hesab olunur ki, bu, ərəb tarixçisi Məhəmməd Əli Təqtaqın “Təvarix əl-Xübfa və-l-vüzəra” (“Xəlifə br və vəzirbr tarixi”) kitabının farscaya tərcüməsidir. Əgər belədirsə, onda bu əsər farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindəndir. Hinduşah tərcümə etdiyi kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini az qala üç dəfə artırmışdır.

Onun yaradıcılığında “Əs-Sihahü-l-əcəmiyyə” adlı farsca-Azərbaycanca lüğət mühüm yer tutur. Bu, elmə məlum olan ilk Azərbaycan-fars lüğəti, eyni zamanda fars dilinin ən qədim lüğətlərindəndir. Lüğətə 5 min söz və fars dilinin ərəbcə qələmə alınmış qrammatikası verilib. Bundan başqa kitaba frazeoloji birləşmələr və ayrı-ayrı ifadələr də daxil edilib. Hinduşah özü yazır ki, o, lüğətin tərtibi prinsipini X əsrin ərəb leksikoqrafı İsmail əl-Cövhəridən götürmüşdür.

Uzun müddət bu lüğət həm alimlər, həm də fars və ərəb dillərini öyrənənlər tərəfindən rəğbətlə istifadə olunmuş, geniş yayılmışdır. “Əsərin saysız-hesabsız əlyazmalarının dünyanın ən müxtəlif kitabxanalarına səpələnməsi də bunu sübut edir. Diqqəti çəkən faktlardan biri də budur ki, lüğətin ən erkən köçürülmüş nüsxəsi XVI əsrin əvvəllərinə, ən sonuncusu isə XIX əsrin sonlarına aiddir. Lüğət üç hissədən ibarətdir: giriş, lüğət və fars dilinin qrammatikası. Birinci və üçüncü hissəllər ərəbcə, lüğət özü isə farsca və Azərbaycanca yazılıb. Müəllif girişdə göstərir ki, kitab fars olmayanların (azərbaycanlıların) bu dili öyrənməsi üçün nəzərdə tutulub.

Hinduşahın “Sihah ül-əcəm” əsəri Azərbaycan leksikoqrafıyasının əvəzsiz abidəsi və XII-XIV əsrlər Azərbaycan və fars dillərinin lüğət tərkibini, habelə qrammatikasını öyrənmək üçün nadir mənbədir. Bu əsər həmçinin bütün Şərq dünyasında lüğətçilik elminin inkişafında da böyük rol oynamışdır. Belə ki, ondan sonra tərtib olunan farsca-türkcə lüğətlərdə quruluş prinsipi Hinduşah Naxçıvanidən əxz olunmuşdur.

Geri dön