Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Müstəqillik Günü ilə bağlı yubiley tədbirində altı ölkənin prezidenti iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstanın Müstəqillik Günü ilə bağlı yubiley tədbirində altı ölkənin prezidenti iştirak edəcək

Gürcüstanın Müstəqillik Günü ilə bağlı yubiley tədbirində altı ölkənin prezidenti iştirak edəcək


26 may - Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyində 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcək.

Bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 26-da Tbilisidə keçiriləcək yubiley tədbirində Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri iştirak edəcəklər.

Qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində, daha sonra parlamentdə təşkil olunacaq “Xoşbəxtlik naminə əməkdaşlıq – yeni əsrin strategiyası” adlı “dəyirmi masa”da iştirak edəcəklər.

Qeyd edək ki, 26 may -Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.

Xətayi Əzizov

Geri dön