Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > Ermənilər "Metsamor" AES-in təhlükə mənbəyi olduğunu etiraf etdilər
Ermənilər "Metsamor" AES-in təhlükə mənbəyi olduğunu etiraf etdilər |
Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyası (AES) bərbad hala düşüb. Artıq vəziyyət o yerə çatıb ki, erməni ekoloqları özləri həyacan təbili çalmağa başlayıblar. Bu barədə Ermənistan mətbuatı məlumat verir.
Məsələ burasındadır ki, ötən ay "Metsamor" AES-i ətrafında olan əkin sahələrini sel basıb. Daşqınları stansiyanın bir neçə kilometrliyinədək ərazilərə yaxınlaşaraq AES-in irriqasiya sistemini tamamilə sıradan çıxarıb. Bu da AES-in su tullantıları çıxan borularına təsirsiz ötüşməyib. Məsələ ilə bağlı Ermənistanın “Ekolur” təşkilatının işçi qrupu hadisə yerində olub. Onlar AES-də baş verənlərdən dəhşətə gəliblər. Belə ki, su ilə dolmuş stansiyanın zirzəmilərində zibil yığılıb. Hətta burada ölmüş heyvanlarıbn cəsədlərinə də rast gəlmək olur. Ekoloqlar burada ölmüş itlərin, pişikləri və hətta toyuq cəsədlərini də gördüklərini deyirlər. Artıq “Ekolur” Ermənistanın Səhiyyə, Fövqəladə Hallar Nazirliklərinə müraciət edib. Xatırladaq ki, "Metsamor" AES-dəki reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Azərbaycan və Türkiyə dəfələrlə Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) müraciət edərək AES-in region üçün real təhlükə mənbəyi olduğunu bildiriblər. Geri dön |