Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
"Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə |
Əsərin müəllifi- Məhəmməd əl-Ərac əl-Qaziqumuxidir.
Mən bu qəsidədən gənc tədqiqatçı Kamran Abdullah ilə FACEBOOK yazışması zamanı xəbər tutdim.Maraqlı mövzu idi. Elə bildim ki, mədhiyyə Hüseyn Cavidin H.Z.Tağıyevə yazdığı, hörmətli dostumuz tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun oxuculara təqdim etdiyi əsərinin ərəbcəyə tərcüməsidir. Kamran müəllimə sorğu göndərdim: "Kamran müəllim,salam. H.Z.Tağıyevə ünvanlanan ərəb dilində olan şeir, haqqında danışdığımız şeirin farscadan ərəbcəyə Sizin tərcümənizdir,yosa tammamilə başqa bir əsərdir? Ərəb dilində olan bu mədhiyyənin Azərbaycan dilinə SƏTRİ tərcüməsini oxucularla çatdıra bilərsinizmi ? Maraqlı tapıntıdır.Sizdən başqa, bu şeirdən xəbərdar olan varmı? Mədhiyyənin müəllifi kimdir? Mənbə haradandır? 23.05.2018. P.S.Gələcəkdə bu mövzunu daha ətraflı işləməyiniz maraqlı görünür." Kamran müəllimin cavabı: "aleykum salam müəllim. mənim tərcüməm deyil. farsca yaxşı bilmirəm. əsərin adı xamsu qasaid (beş qəsidə)dir. müəllifi məhəmməd əl-ərac əl-qaziqumuxidir. dağıstanda mavrayev mətbəəsində çap olunub. 1913cü ildə". İndi söz türkdilli və ərəbdilli klassik ədəbiyyatımızla elmi şəkildə ciddi məşğul olanlarındır. Maraqlıdır,Məhəmməd əl-Ərac əl-Qaziqumixinin türk dilində yazdığı əsərləri varmı? Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi. Bakı. 23.05.2018. Geri dön |