Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR açıqlandı


Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktı qəbul etməyəcək.

Bu barədə Milli Məclisdən bildirilib.


Mənbə qeyd edib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.


Lakin Milli Məclis tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktının qəbul edilməməsinin aşağıdakı səbəbləri var:


“Bildiyimiz kimi, Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edib. Qanun layihələrinin tətbiqinə 2017-ci ilin dekabrın 1-dən başlanılıb. Həmin müddətdən məhkəmələrə 4000-dən çox təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirdikdə isə bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”.



Qeyd edək ki,Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.
(Modern.az)

Geri dön