Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Ramazanda fərqli təqvim problemi
Ramazanda fərqli təqvim problemi |
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsdiq etdiyi təqvimdən kənara çıxan məscidlər barədə tədbir görüləcək. Bu barədə mətbuata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib. Komitə sədri deyib ki, komitənin yerlərdə olan nümayəndələri azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilər.
M.Qurbanlı onu da deyib ki, hələlik Ramazan ayında məscidlərdə azanın müxtəlif vaxtlarda səslənməsi ilə bağlı onlara bu günə qədər müraciət daxil olmayıb. Onun sözlərinə görə, QMİ-nin təsdiq etdiyi təqvim var: “Rəsmi təqvimdən kənara çıxan məscid olarsa bununla bağlı tədbir görüləcək. Yerlərdə olan nümayəndələrimiz azanı QMİ-nin təqvimindən fərqli vaxtda verən imam və ya naiblər haqqında protokol tərtib edə bilərlər”. Xatırladaq ki, sonuncu dəfə mayın əvvəlində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayında azanın fərqli vaxtlarda verilməsinin qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdan kömək istəyib. Azərbaycanda azanın müxtəlif vaxtlarda verilməsi mövzusu illərdir müzakirə olunur və demək olar ki, hər il bu məsələ gündəmə gəlir. Azanın fərqli vaxtlarda verilməsinin iki əsas səbəbi var. Məsələ ondadır ki, bizdə uzun illər bu sahədə faktiki olaraq dərəbəylik olub. Müxtəlif icmalar, camaatlar, məscidlər özlərinə uyğun namaz təqvimləri buraxıb. İran, Türkiyə, Səudiyyə Ərəbistanı və digər mərkəzlərin tövsiyə etdiyi, hazırladığı təqvimlər olub. Bu təqvimlər ölkədə geniş yayılıb və hətta bəzi məscidlər də buna əsasən azan verib. Nəticədə azan vaxtlarında açıq-aşkar pərakəndəlik olub. Doğrudur, azanın günün bəzi vaxtlarında fərqli saatlarda verilməsi həm də məzhəblərin göstərişləri ilə bağlıdır. Yəni məsələn, şiə və sünni hökmlərinə əsasən axşam azanı bir neçə dəqiqə fərq edir, şiə icması havanın daha çox qaralmasını gözləyir. Eləcə də sübh azanı ilə bağlı nəzəri bəhslərə söykənən fərqliliklər hətta eyni məzhəb daxilində də var və bu da nəticə etibarı ilə təqvimlərdə özünü büruzə verir. Amma azan saatları bir çox hallarda eyni məzhəblərin ardıcıllarına görə də dəyişə bilir. Qeyd etdiyimiz kimi, uzun illər bu sahədə pərakəndəlik olub və dövlət qurumları, necə deyərlər, bu mövzularaqarışmayıb. Ancaq son illərdə bir çox digər sahələrdə olduğu kimi, burda da bir qayda yaratmaq cəhdi var. Xüsusən də hökumətin son illərdə multikultralizm və məzhəblər arasında yaxınlaşma siyasəti kursu məscidlərdə vahid vaxtlara əsasən azan verilməsi məsələsini gündəmə gətirib. Əlbəttə, QMİ də nəzərə alır ki, məsələn axşam azanında şiə və sünni məscidlərində bir neçə dəqiqə fərqin olması labüddür. Ancaq problem ondadır ki, çoxlu sayda təqvimlər yayılıb və bunlardan imtina etmək, vahid təqvimə keçmək lazımdır. Belə görünür ki, son illərdə hökumət böyük ölçüdə məscidlərdə QMİ və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı təqvimlərə əsasən azan verilir. Təbii ki, məzhəb fərqləri nəzərə alınmaqla. Ancaq fərqli təqvimləri ümumilikdə yığışdırmaq mümkün olmayıb. İnternetdə, eləcə də çap edilib çoxaldılaraq yayılan fərqli mərkəzlərin hazırladığı təqvimlər var. Bunları tamamilə yığışdırmaq isə çox çətindir. (musavat) Geri dön |