Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xüsusi Xidmət və Təhlükəsizilik orqanlarının yaradılması və fəaliyyəti - HƏR KƏS ÜÇÜN MARAQLI OLAN MƏQAMLAR
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xüsusi Xidmət və Təhlükəsizilik orqanlarının yaradılması və fəaliyyəti - HƏR KƏS ÜÇÜN MARAQLI OLAN MƏQAMLAR |
Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət və təhlükəsizlik orqanları - Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumlarıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. Böyük dövlətlərin Qafqazda, o cümlədən Azərbaycanda maraqlarının toqquşması da gənc Cümhuriyyətin möhkəmlənməsinə mane olurdu. Həmin dövrdə keçmiş Rusiya imperiyasının bütövlüyünü qoruyub-saxlamağa çalışan Denikin ordusu, bolşeviklər və onların birbaşa himayəsi ilə əzəli Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmağa can atan erməni bolşevik-daşnakları da Azərbaycana qarşı böyük təhlükə yaradan qüvvələr idilər. Belə mürəkkəb daxili və beynəlxalq şəraitdə ölkədə ordu quruculuğu ilə yanaşı, xüsusi xidmət və təhlükəsizlik orqanlarının yaradılması da gənc Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında olduqca vacib vəzifə kimi dururdu. Baş Qərargahın kəşfiyyat və əks-kəşfiyyat bölməsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il fevralın 25-də “Hərbi nazirliyin ştatları haqqında” qanun qəbul etdi. Qanunda Hərbi Nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq olunmuşdu. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu. 1919-cu il martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərargahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfıyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfıyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi. Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyatın təminatına məsuliyyət daşıyırdı. Bolşeviklər, erməni-daşnak casusları, denikinçilər və s. barədə toplanmış əməliyyat məlumatları Hərbi Nazirliyin rəhbərliyinə, eləcə də Azərbaycan Hökumətinə təqdim olunurdu. Həmin məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi. Bölmənin əməkdaşları martda xüsusi əməliyyat planı əsasında Azərbaycan Ordusunda xidmət edən 15 nəfər denikinçinin casusluq fəaliyyətini ifşa etmişdilər. Həmin ayda daha bir casus şəbəkəsinin üstü açılmışdı. Əks-kəşfıyyatçılar Gəncədə Smıslova soyadlı qadını həbs etmişdilər. Araşdırma nəticəsində bir çox mühüm məsələlər üzə çıxmışdı. Baş qərargahın əməkdaşı Çernışov, onun arvadı və 10-a qədər hərbi qulluqçu Cümhuriyyət əleyhinə iş apardıqlarına görə yaxalanmışdılar. Çernışovun yaşadığı mənzildə axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı gizli bolşevik təşkilatının fəaliyyəti, Azərbaycan Ordusunun durumu barədə Denikinə ünvanlanmış çoxlu sayda agentura məlumatı tapılmışdı. 1919 il martın 29-da hərbi nazir Səməd bəy Mehmandarov casus təşkilatın üzvlərinin tutulması barədə daxili işlər naziri Xəlil bəy Xasməmmədova Gəncə şəhərindən Bakıya məktub göndərmişdi. 1919-cu il aprelin 5-də Azərbaycan Ordusunun Bakıya gəlişi üçün müəyyən hazırlıq işləri görülməsi tələb olunurdu. Milli Ordunun paytaxta gəlişi ilə bağlı hər cür təxribatların törədiləcəyi istisna edilmirdi. Azərbaycan Ordusu Baş Qərargahının rəisi general-leytenant Məmməd bəy Sulkeviçin Azərbaycan qoşunlarının Gəncədən Bakıya gəlməsi ilə əlaqədar əks-kəşfiyyat işinin təşkilinə dair daxili işlər nazirinin müavini general-mayor Sadıq bəy Ağabəyova məktubuna əsasən, əks-kəşfiyyat bölməsinin əməkdaşı yasavul Yusupov Daxili İşlər Nazirliyinin cinayət axtanşı şöbəsinin əməkdaşları ilə birlikdə bu vəzifəni yerinə yetirmək üçün Bakıya ezam olunmuşdu. Əks-kəşfiyyat işinin düzgün təşkili, yasavul Yusupovun və axtanş polisinin qarşılıqlı fəaliyyəti sayəsində Azərbaycan milli hərbi hissələri Bakıya heç bir narahatlıq keçirilmədən daxil olmuşdular. Bölmənin kəşfıyyatçıları da öz işlərini yüksək səviyyədə qurmağa çalışırdılar. Hərbi nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə 2 aprel 1919-cu il 1556 saylı məlumatında kəşfiyyatın vəzifələrini belə şərh edirdi: “Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agentura yaratmaq...”. Gənc respublikanın ordu quruculuğu məcrasına düşdükcə xarici kəşfiyyat probleminə də xüsusi diqqət yetirilməsinə başlanmışdı. Tiflisdə Azərbaycan diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyin edilmiş polkovnik Məmməd bəy Əliyev, əslində, həm də kəşfiyyatçı funksiyasını yerinə yetirirdi. Baş qərargahdan ona şifrteleqram vasitəsilə müxtəlif tapşırıqlar verilirdi. M.Əliyevin Tiflisdən göndərdiyi əməliyyat məlumatları olduqca qiymətli idi. Ermənistandakı diplomatik nümayəndəlikdə hərbi attaşe vəzifəsində çalışan olmadığından, orada da kəşfiyyat işlərinin aparılması Hərbi Nazirlik rəhbərliyinin əmrinə əsasən, M.Əliyevə tapşırılmış, Gürcüstan ordusunun Baş qərargahı ilə birlikdə gizli kəşfiyyat işlərinin aparılmasının təşkili də ona həvalə olunmuşdu. Aydın məsələdir ki, bu kəşfıyyat işləri daşnak Ermənistanının pozuculuq fəaliyyətinə qarşı yönəldilmişdi. Bir sıra olduqca mühüm məlumatlar isə Baş qərargaha məxfi qriflə birbaşa Ermənistandan ötürülürdü. Bu məlumatlar “Şahzadə Məmməd” imzası ilə verilirdi. Baş qərargahın general-kvartirmeyster idarəsinin kəşfiyyatçı zabitləri ölkənin xarici işlər nazirliyi ilə də geniş əlaqə saxlayırdılar. İdarənin əməkdaşları məxfı kargüzarlıq və şifrləmənin sirlərini xarici işlər nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrləmə bölməsinin əməkdaşlarına öyrədirdilər. Xarici işlər nazirliyi qonşu respublikalardakı Azərbaycan diplomatik nümayəndəliklərinin əməkdaşları vasitəsilə əldə etdiyi mühüm məlumatlan Baş qərargaha göndərirdilər. “Tam məxfı” qrifı ilə Ermənistanda, Cənub-Qərbi Qafqaz respublikasında, eləcə də həmin illər ingilislərin əlində olan Batumdakı vəziyyət barədə Xarici İşlər Nazirliyinə göndərilən təhlil xarakterli geniş məlumatlar, həm də Baş qərargaha ünvanlanırdı. Baş qərargah da, öz növbəsində, kəşfiyyatçılar vasitəsilə topladığı materialları tanışlıq üçün Xarici İşlər Nazirliyinə göndərirdi. Azərbaycan kəşfıyyatçısı Mullayevin Şimali Qafqaza xidməti ezamiyyətinin nəticələri barədə onun 5 səhifəlik geniş və ətraflı “tam məxfı” məlumat-arayışı ilə diplomatlar da tanış olmuşdular. Praporçik Qaraşarovun Qarabağ və Zəngəzurda vəziyyət barədə verdiyi raportlar həm Hərbi Nazirlik, həm də Xarici İşlər Nazirliyi tərəfındən rəğbətlə qarşılanmışdı. Baş qərargahın general-kvartirmeyster idarəsinin rəisi Karqaleteli və baş adyutant ştabs-rotmistr Takanayevin Ermənistanda siyasi vəziyyət haqqında 2 saylı agentura məlumatına əsasən hazırladıqları geniş və ətraflı təhlil xarakterli arayış da Xarici İşlər Nazirliyində çalışan diplomatları məlumatlandırmaq məqsədi daşıyırdı. Diplomatik nümayəndə Məmməd Təkinskinin Ermənistan qoşunları, səfərbərlik, ölkədə ərzaq təminatı, orada yaşayan azərbaycanlıların vəziyyəti və s. barədə İrəvandan göndərdiyi şifrteleqramlarla, həm də, Baş Qərargahın kəşfıyyatçıları tanış olmuşdular. Hərbi nazir S.Mehmandarov və Baş Qərargahın rəisi M.Sulkeviç 1919-cu il noyabrın 5-də Xarici İşlər Nazirliyinə göndərdikləri məktubda yazırdılar: “Bizim hökumətimiz Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis olunması təklifıni rədd etmişdir. Əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə “missiya qərargahının rəisi” adlandırırlar. Bunları deməklə, Ermənistan xarici işlər nazirliyinin bu cür hərəkətinə qarşı nə kimi qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirik”. Ermənistanın Bakıdakı diplomatik missiyası heyətinin əksəriyyətinin hərbçilərdən təşkil edilməsi Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusilə kəşfıyyat və əks-kəşfıyyatın səyi nəticəsində öyrənilmişdi. Bu, beynəlxalq normalara zidd olduğundan Azərbaycan Hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsinə icazə verməmişdi. Baş qərargahın general-kvartirmeyster idarəsinin kəşfıyyat və əks-kəşfıyyat bölməsi fəaliyyətini 1919-cu il iyunun 11-dək davam etdirmişdir. Həmin gün ölkədə ancaq əks-kəşfiyyatın təminatı ilə məşğul olacaq qurum- əks-inqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradılmış, kəşfiyyat işi isə general-kvartirmeyster idarəsinin tərkibində saxlanılmışdır. Əks-kəşfiyyatla məşğul olan şəxslər də ƏMT-nın sərəncamına verilmişdi. Göstərilən dəyişikliklərə baxmayaraq, hərbi nazirliyin kəşfıyyat bölməsi ilə ƏMT sıx əməkdaşlıq edirdilər. 1920-ci il martın 2-də hərbi nazir Səməd bəy Mehmandarovun məxfı əmri əsasında nazirliyin müvafıq qurumlarında struktur dəyişikliyi aparılmış, Baş qərargahla onun idarəsinin birləşdirilməsi nəticəsində Azərbaycan ordusunun qərargahı yaradılmışdı.Yeni yaraddmış Azərbaycan ordusu qərargahının ştat strukturunda kəşfıyyat-əməliyyat bölməsi də nəzərdə tutulmuşdu. Bakı Möhkəmləndirilmiş Rayonunun qərargah rəisi polkovnik İrza bəy Hacıbəylinski ordu qərargahı general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsinin rəisi təyin edilmişdi. Əks-inqilabla mübarizə təşkilatı (ƏMT) Dövlət Müdafıə Komitəsi (DMK) ilə eyni vaxtda, 1919-cu il iyunun 11-də yaradılmışdı. Ölkədə əks-kəşfıyyat təminatını yerinə yetirən qurum kimi böyük səlahiyyətlərə malik idi. DMK qarşısında məsuliyyət daşıyır, onun tapşırıqlarını yerinə yetirir, onu ən mühüm məlumatlarla təmin edir, dövlət əhəmiyyətli digər işləri yerinə yetirirdi. Rusiyanın Xəzərdəki silah-sursat dolu 27 hərb gəmisinin Azərbaycan tərəfınə təhvil verilməsi və onların Azərbaycan bayrağı altında üzməsi probleminin həlli ilə bağlı aparılan danışıqlarda ƏMT-nın rəhbərliyi xüsusilə fəal rol oynamışdı. ƏMT öz fəaliyyətini “Azərbaycan Respublikası əks-kəşfıyyat xidmətinin hüquq və vəzifələri haqqında” Əsas-naməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan Əsasnamədə əks-kəşfıyyat xidmətinin hüquq və vəzifələri gös-tərilmişdi. Bakı və onun ətrafinda təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nın mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər. Lənkəran şəhərində ƏMT-nın agenti fəaliyyət göstərirdi. İlk vaxtlar ƏMT-na əməkdaşların qəbulunda partiya prinsipi əsas gotürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdə ikisi “Müsavat”, üçdə biri isə “Hümmət” partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin “Müsavat”dan, müavininin isə “Hümmət”dən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi “Müsavat” partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini vəzifəsini isə - Hümmət partiyasının üzvü Mir Fəttah Musəvi yerinə yetirirdi. Şübhəsiz ki, bu prinsip ölkənin təhlükəsizliyini təmin edən təşkilatın işinə mənfı təsir göstərirdi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və digər təxribatçılara qarşı sərbəst mübarizə apara bilirdi. Xüsusən erməni casuslarına qarşı mübarizədə uğurlu əməliyyat işləri aparılırdı. Lakin təşkilatın əməkdaşları bolşeviklərə qarşı mübarizədə çətin problemlərlə üzləirdi. ƏMT-da işləyən 17 nəfər - hümmətçi əməkdaş, başda M.Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular. M.Musəvi naməlum şəxslər tərəfindən öldürüldükdən (1919,5 sentyabr) sonra rəis müavini vəzifəsinə Mahmud bəy 32 Səfikürdski təyin edildi (1919, 19 noyabr). Məmmədbağır bəy Şeyxzamanlı 1919-cu il avqustun 20-də vəzifəsindən istefa verdi. Elə həmin gün Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nın yeni rəisi təyin olundu. ƏMT-nm fəaliyyət göstərdiyi 11 iyun 1919-cu ildən 6 mart 1920-ci ilədək təşkilatda təxminən 120-dək əməkdaş çalışmışdır. Bakı şəhəri üzrə ƏMT-nm rayon bölmələrinə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayilov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev rəhbərlik edirdilər. Lavrenti Beriya təşkilatda senzura, Aleksandr Qoberidze xəfıyyə şöbələrinə başçılıq edirdilər. Təşkilatın Lənkəran şəhəri üzrə nümayəndəsi Yusuf bəy Bayraməlibəyov idi. Mirzağa Nəsirov, Ağəli Mahmudov və Ağəli Zeynalabdinzadə baş agent (baş əməliyyat işçisi) vəzifələrində çalışırdılar. ƏMT-da azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar və gürcülər də işləyirdilər. Ermənilər bu təşkilata işə götürülmürdü. 1919-cu il oktyabrın 26-da Dövlət Müdafiə Komitəsi bolşeviklərlə mübarizəni gücləndirmək üçün Bakı möhkəmləndirilmiş rayonunun səlahiyyətlərini genişləndirmiş, keşikçi, axtarış polislərini, eləcə də ƏMT-ni da onun rəisinə tabe etdirmişdi. Bolşevizmlə mübarizə yalnız bundan sonra ƏMT-nın fəaliyyətində əsas yerlərdən birini tutmağa başlamışdı. ƏMT digər orqanlarla birlikdə bu sahədə çoxlu sayda uğurlu əməliyyat aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır (bax, həmçinin Əks-inqilabla mübarizə təşkilati). İnformasiya şöbəsi ƏMT-nın ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir. ƏMT-nın təhqiqat, müsahidə, axtarış, həbs və s. funksiyaları general-qubenatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyanı Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi. İnformasiya şöbəsi əməkdaşları başda Ələkbər xan olmaqla, bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. 1920-ci ilin aprelində Balaxanıda pozuculuq işi aparan 22 nəfər bolşevikin həbsi böyük əks-səda doğurmuşdu. Mühafizə dəstəsi. Azərbaycan Parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili üçün 1919-cu il fevrarılın 18-də Parlamentin 15-ci iclasında “Azərbaycan parlamentinin mühafızə dəstəsinin yaradılması haqqında” Qanun qəbul olunmuşdu. Qanuna əsasən, Parlamentin 200 nəfərlik mühafızə dəstəsi təsis edilirdi. Mühafizə dəstəsi Parlamentin Rəyasət Heyətinin tabeliyində idi. Mühafizə dəstəsinin saxlanılmasına dövlət xəzinəsindən 2200000 rubl məbləğində vəsait ayrılmışdı. Parlamentin mühafizə dəstəsinin rəisi vəzifəsinə əvvəllər 1-ci Tatar alayında rotmistr rütbəsində xidmət etmiş podpolkovnik N.Əliyev təyin olunmuşdu. Mühafizə dəstəsi Parlamentin rəhbərliyini və bir sıra mühüm dövlət obyektlərinin mühafizəsini təmin edirdi. Eyni zamanda, xüsusi və mühüm tapşınqların yerinə yetirilməsi daha çox mühafizə dəstəsinin şəxsi heyətinə etibar olunurdu. Mühafızə dəstəsinin əməkdaşları Qarabağda ermənilərlə döyüşlərdə də yaxından iştirak edirdilər. General-mayor Həbib bəy Səlimovun döyüş bölgəsindən Baş qərargaha göndərdiyi raportlarda Parlamentin mühafizə dəstəsi əməkdaşlarının igidliyi barədə məlumat verilirdi. Döyüşlərin birində dəstənin praporşiki Nəcəfəliyev başda olmaqla, 16 əsgər həlak olmuş, praporşik Əsgərov, podporuçik Dauşvili, Ərəbov və xeyli əsgər yaralanmışdı. Döyüşən dəstəyə Parlament mühafızə dəstəsinin podpraporşiki Mövsüm İbrahimov rəhbərlik edirdi (bax, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin mühafızə dəstəsi). QEYD: Materialın hazırlanmasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan istifadə edilib. Geri dön |