Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin əsərinin çap olunmamasının qəribə səbəbi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > “Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin əsərinin çap olunmamasının qəribə səbəbi

“Əli və Nino”-nun müəllifi Məhəmməd Əsəd bəyin əsərinin çap olunmamasının qəribə səbəbi


Məhəmməd Əsəd bəyi bir qisim ziyalıları çıxmaq şərti ilə demək olar ki, geniş ictimaiyyət o qədər də tanımır. Çünki tanıdılmayıb. O, ömrünü mühacirətdə başa vuran yazıçılarımızdandır. O, “Şərqdə neft və qan”, “Qafqazın 12 sirri”, “Stalin”, “Ağ Rusiya”, “Dünyaya qarşı cəhd”, “Allahu əkbər” və digər əsərlərin müəllifidir.

Məhəmməd Əsəd bəyi tanımaq üçün onun məktublarına diqqət etmək lazımdır. Burada yazılanlar qismən də olsa, mühacir yazıçımızın barəsində müəyyən məlumata sahib olmağa imkan verir. Hələ bir neçə il öncə Məhəmməd Əsəd bəyin tədqiqatçısı Nuridə Atəşi Avropa arxivlərindən araşdırıb üzə çıxardığı arxiv sənədləri və yazıçının məktublarını toplu halında dərc etmişdi. Bu sənədlər və məktublarda olduqca maraqlı məqamlar yer alıb. Beləliklə, Enter.News N.Atəşinin üzə çıxardığı həmin sənədlərdən birini – Məhəmməd Əsəd bəyin 12. 09.1938-ci ildə kitabını nəşr etdirmək üçün G.C.Sansoni nəşriyyatına yazdığı məktubu təqdim edir:

“Çox hörmətli Gentile bəy.

Sizin bu ayın 9-da yazdığınız məktubu aldım. Çox böyük zəhmətlə yazdığım kitabın belə uzun müddət senzurada qalması məni çox kədərləndirir. Mən əminəm ki, senzuranın kitabın nəşrinə imkan verməməsinə səbəb müəllifin ari olub-olmaması sualına aydınlıq gətirə bilməməsidir.

Sizə yazdığım kimi, ari soylu olduğumu sübut edən əsaslı sənədləri lazımı qurumlara təqdim etmək faktiki olaraq mümkünsüzdü. Çünkü mənə aid olan bütün sənədlər bolşeviklərin əlindədir. Mən kitabımın tezliklə nəşr olunduğunu görmək istədiyim üçün sizə belə bir təklif edirəm. Ari soy-kökü yalnız sənədlə deyil, həmçinin xalis elmi cəhətdən sübut etmək mümkündür. Siz mənə Romada və ya Florensiyada bir antropoloq (insanşünas alim) mütəxəssis tövsiyə edə bilərsinizmi ki, o mənim hansı irqə məxsus olduğum haqqında tədqiqat apararaq bir qərar versin. Bu, əlbəttə ki, rəsmi orqanların etimad etdiyi bir mütəxəssis olmalıdır. Mən inanıram ki, bu yolla problemi çox sadə şəkildə həll etmək olar və biz, nəhayət, rahatlıq taparıq. Bəlkə siz nazirlikdən soruşasınız ki, onlar bu varianta razıdırlarmı?

Bundan əlavə, çox təəssüf ki, artıq mənim param qalmayıb. Siz düşünməlisiniz ki, mən öz müqaviləmi qanunauyğun şəkildə yerinə yetirmişəm və cüzi qonorar almağa iddialıyam. Müqaviləyə əsasən bütün qonorar manuskripti təhvil verdiyimdən sonra ödənməyib. Ona görə də, sizdən xahiş edirəm ki, başqa çətinlik ortaya çıxarsa, o zaman mən sizin paranızı xaricdən, o cümlədən Almaniyadan gələcək gəlirlərimin hesabına qaytaracam.

Sizdən pul alan kimi Florensiyaya gedəcəyəm. Ümid edirəm ki, bu arada siz mənim üçün orada bir antropoloq tapacaqsınız və o elə bir imkana malik olacaq ki, əslən hansı irqə mənsub olduğumu özü cəhətdən isbat eləyəcəyik.

Zəhmətiniz üçün öncədən sizə təşəkkür edirəm.

Sizin Əsəd bəy Florensiya

Positano, 12.09.1938”

P.S. Əlavə olaraq sizə təşəkkürlərimlə “Cuadrivio”dan bəzi sitatları göndərirəm.

Təqdim etdi: Rəşad Sahil

Geri dön