Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ən möhkəm korpusa malik smartfon seçilib
Ən möhkəm korpusa malik smartfon seçilib |
“Tom's Guide” portalının versiyasına görə, “Motorola Moto Z2 Force” ən möhkəm korpusa malik smartfon seçilib.
“RİA Novosti” xəbər verir ki, ekspertlər tərəfindən aparıcı istehsalçıların qurğuları davamlılığa görə sınaqdan keçirilib: smartfonlar iki metr hündürlükdən taxta və beton səth üzərinə atılıb, eləcə də suda batırılıb. Testlərin nəticələrinə görə qurğu 10 ballıq şkala üzrə qiymətləndirilib. Bildirilir ki, “Motorola” modeli 8,5 bal qazanıb. Bütün manipulyasiyalardan sonra smartfonun həm korpusu, həm də ekranı üzərində çatlar əmələ gəlməyib. Reytinqdə ikinci və üçüncü yeri “LG X Venture” (6,6 bal) və “Apple iPhone X” (6,2) tutub. Liderlər beşliyinə, həmçinin hərəyə 6 bal toplayan “LG V30” və “Samsung Galaxy S9” modelləri daxil olub. Ekspertlər tərəfindən ən incə model kimi şkala üzrə 3,9 balla kifayətlənən “iPhone SE” seçilib. Geri dön |