Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan, Türkiyə və "kürdüstan"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan, Türkiyə və "kürdüstan"

Azərbaycan, Türkiyə və "kürdüstan"


AzMDEP rəhbərliyinin tövsiyyəsi ilə əlaqədar bu ilin sonu və gələn il üçün regionda gözlənilən siyasi proseslərdə kürd faktoru mövzusu ilə əlaqədar ilkin araşdırmalar aparılmışdır. Aparılmış analitik araşdırmaların nəticələri bunlardır:

KÜRD FAKTORUNUN TARİXİ KÖKÜ

XIX əsrin sonlarında Osmanlı İmperiyası əleyhinə milli və dini azlıqların hərəkatından istifadə strategiyasında kürd kartı da ortaya qoyuldu. Belə ki, Fransa və İngiltərədə XX əsrin ilk 10 illiyində kürdşünaslıq mərkəzləri yaradılmışdı. Əslən kürd olan ziyalılar içərisindən gələcəkdə Osmanlı İmperiyasını dağıtmaq üçün milli qüvvənin formalaşdırılması nəzərdə tutulurdu.
Avropada bu məsələ ilə bağlı proseslərə paralel olaraq Rusiya İmperiyasında da kürd faktoru Osmanlı İmperiyasının bölüşdürülməsində bir vasitə kimi nəzərdən keçirilirdi. I Dünya Müharibəsi ərəfəsində çar Rusiyasının strateqləri hətta gələcəkdə bölüşdürüləcək Osmanlı torpaqlarında “ermənistan”la yanaşı, “Kürdüstan Muxtariyyəti”nin də yaradılmasını bir versiya kimi irəli sürmüşdülər. Amma I Dünya Müharibəsi ərəfəsində Qərb ölkələri Osmanlı Xilafətinə qarşı əsasən erməni, assur və ərəb faktorunun üzərində, Rusiya isə birmənalı olaraq erməni kartı üzərində durdular. I Dünya Müharibəsi dövründə Antanta bloku (əsasən ABŞ, İngiltərə, Fransa, Rusiya) regionda kürd və türklərin soyqırımına üstünlük verdilər.
I Dünya Müharibəsindən sonra Qərbdə kürd faktoru müvəqqəti olaraq tarixin arxivinə qoyuldu. Sovet Rusiyasında isə bu faktora münasibət öz aktuallığını itirdi və yalnız «ermənistan» adlı qondarma qurumda, keçmiş türk şəhəri İrəvandakı universitetdə kürdşünaslıq şöbəsi yaradıldı.
II Dünya Müharibəsindən sonra başlamış «soyuq müharibədə» kürd faktoru yenidən aktuallaşdı. NATO və SSRİ bu faktordan tam əks hədəflər üçün istifadə etməyə çalışırdılar.
Belə ki, SSRİ-nin müttəfiqi olan Səddam Hüseyn İraqında, İranda və Əsəd Suriyasında kürdlərdən öz məqsədləri üçün NATO bloku yararlanmağa çalışırdı. Sovetlər isə kürd faktorundan bölgədə NATO-nun dayağı olan Türkiyə əleyhinə istifadə etdi. SSRİ-nin birbaşa iştirakı ilə yaradılmış PKK terrorçu qruplaşmasının təlim-tədris mərkəzi üçün Şərqi Anadolunun coğrafi quruluşuna uyğun gələn Özbəkistanın Əfqanıstanla sərhəd bölgəsindəki Kuşka hərbi bazasından istifadə edilirdi.
90-cı illərin əvvəllərində SSRİ-nin dağılması ilə əlaqədar olaraq bölgədəki kürd faktoru böyük əksəriyyətlə ABŞ-ın nəzarəti altına keçir. Kürd hərəkatındakı Moskva istiqaməti, yəni PKK zəiflədilir.

YENİ DÖVRDƏ KÜRD FAKTORU

İraqın zəiflədilməsində ABŞ-ın birbaşa müttəfiqi olan kürd hərəkatı artıq bölgədə siyasətçilərin hesablaşdığı güc mərkəzlərindən birinə çevrilmişdir. Açıq – aydın görünür ki, yaxın gələcəkdə bölgədə Kürdüstan adlı siyasi – hərbi güc mərkəzi formalaşdırılacaq. Bu güc mərkəzinin episentri İraq Kürdüstanı olmaqla onun təsir coğrafiyasına Türkiyənin şərqi, Suriyanın İraqla sərhəd məntəqələri və İranın Urmiya bölgəsi daxil olacaq. Faktiki olaraq Amerikanın idarəsi altında bölgədə Kürdüstan dövləti yaradılmaqdadır. Son dövrdə qısa və uzun strateji məqsədli hədəfləri göstərən bir neçə hadisə yuxarıdakı nəticəyə işarə edir:
1. Türkiyənin resurslarından istifadə etməklə vahid (nivelirləşdirilmiş) kürd milləti yaradılmaqdadır. Belə ki, bu yaxınlarda Türkiyənin Milli Egitim (təhsil) Bakanlığı və Təlim Tərbiyə Kurulu kürdlərin kompakt yaşadığı bölgədəki məktəblərdə 100-dən çox ləhcəsi olan kürd dilinin vahid ədəbi dil formasının yaradılması barədə işlərə start vermişlər.
2. Bölgədə siyasi proseslərdə kürd faktorunun iştirak çəkisi artırılmaqdadır. Belə ki, İraq prezidenti Cəlal Tələbani PKK ilə rəsmi Ankara arasında danışıqlarda vasitəçilik etməyi təklif etmişdir. Tələbaninin təklifi ABŞ tərəfindən dəstəklənir. Digər tərəfdən, Suriya istiqamətində ABŞ-ın əsas müttəfiqi olan sünni-sələfi ərəb faktoruna Suriya kürdlərinin faktoru da əlavə edilməkdədir. Belə ki, Bolqarıstan xarici işlər naziri Nikolay Mladenovun himayəsi altında ötən ay Pravets şəhərində «Suriya dostlarının» konfransına qatılmış Suriya Milli Şurası, Suriya Qəbilə Təmsilçiləri Birliyi ilə yanaşı, Suriya Milli Kürd Şurası da əlavə edilmişdir. Qeyd edək ki, bu yaxınlarda ABŞ-ın himayəsi altında yaradılmış Suriya Milli Şurasının başkan kürsüsündə millətcə ərəb Bürhan Galiyunu millətcə kürd olan Əbdülbəsit Seyda əvəz etmişdir. Beləliklə, İraqda olduğu kimi, Suriyada da Amerikayönlü müxalifətin başına kürdlər gətirilir.
Suriya məsələsində Amerikanın göstərişi ilə kürd faktorunun önə çıxarılmasında rəsmi Ankaranın da rolu az deyil. Bu yaxınlarda Türkiyənin AKP iqtidarı Suriya məsələsində kürd faktorunun aktivləşdirilməsinin vacibliyini açıq bildirmişdir.

İRAN MƏSƏLƏSİNDƏ KÜRD FAKTORU

Ötən ay Türkiyənin Bahçeşehir Universitetində iki gün davam edən Qlobal Liderlik Forumu adlı seminarda Amerika xarici siyasəti üzrə mütəxəssis olan amerikalı politoloq Maykl Makovski bildirmişdir ki, prezident seçkilərinə qədər ABŞ İrana münasibətdə sərt və aqressiv hərbi siyasət yürütməyəcək. Ağ Ev çalışacaq ki, prezident seçkilərinə qədər İranı 5+1 formatında keçirilən görüşlər vasitəsilə nəzarət altına alsın. Amma prezident seçkiləri bitdikdən sonra ABŞ Suriya, xüsusilə də İran məsələsinə ciddi girişəcəkdir.
Yuxarıda göstərildiyi kimi, İrana hərbi və siyasi zərbə strategiyasında PJAK faktoru önəmli yer tutur. PJAK-ın İran hökumətinə və ərazi bütövlüyünə qarşı mübarizəsinin əsas məqsədi gələcəkdə Urmiya vilayətində ən azından kürd muxtariyyətinin yaradılmasıdır, maksimum isə bu ərazinin gələcək Kürdüstanın şərq bölgəsi kimi təsbit olunmasıdır.

NƏTİCƏ

ABŞ-ın himayəsi altında bölgədə Kürdüstan dövlətinin yaradılması qaçılmaz prosesə çevrilmişdir. Aydındır ki, Türk Dünyasına (Azəpbaycan Respublikası, Türkiyə və Güney Azərbaycan) qarşı «ermənistan» adlı qondarma qurum tutarlı forpost ola bilməz. Yeganə olaraq bu vəzifəni bölgədə partizan – diversant müharibəsi aparmaq təcrübəsinə malik yaxşı silahlanmış Kürdüstan hərbi faktorudur. Digər tərəfdən, Qərb dünyası Türklüyə qarşı ermənilərdən hərbi qüvvə kimi istifadənin mənasızlığını anlayır. Musəlman olduqlarına görə, Türklüyün və kürdlərin bir-birinə qarşı salışdırılması xristian dünyası üçün ən ideal variantdır.
Bu mövzuda Azərbaycan siyasi strateqləri bir neçə istiqamətdə iş aparmalıdırlar:
1. Rusiya istiqaməti. Kremlə bildirilməlidir ki, bölgədəki kürd faktoru böyük qismi ilə ABŞ NATO-nun istifadəsindədir. Güney Azərbaycan və xüsusilə Urmiya məsələsində, Güney Azərbaycanda PJAK-çılar tərəfindən törədilməsi gözlənilən azərbaycanlı soyqırımının qarşısının alınması məsələlərində Azərbaycanla Rusiyanın mənafeləri üst-üstə düşə bilər;
2. ABŞ-Qərb istiqaməti. Azərbaycan strateqləri ABŞ-Qərb blokuna istər siyasi, istərsə də hərbi vasitələrlə bölgədə Azərbaycan faktorunun Kürdüstan faktoru ilə eyni tutulmasının vacibliyini göstərməlidirlər. Açıq və dolayısı ilə bildirilməlidir ki, əks-təqdirdə, ABŞ-Qərb blokunun bölgədəki layihələri iflasa məhkumdur.
3. Kürdüstan istiqaməti. Azərbaycan strateqləri Kürdüstan liderləri ilə Qarabağ, Urmiya və digər məsələlərdə anlaşmaya nail olmalıdır. Anlaşmanın əsas məqsədi ABŞ-Qərb və ya Rusiya faktorundan asılı olmayaraq regionda türk və kürd etnosları arasında yadelli qüvvələrin arzuladığı qanlı toqquşmanın qarşısını almaqdır.

Geri dön