Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid statusu: Fərqlilik aradan götürülməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Şəhid statusu: Fərqlilik aradan götürülməlidir

Şəhid statusu: Fərqlilik aradan götürülməlidir


Vətən, torpaq uğrunda canlarından keçənlər millətin qürur mənbəyidir, tarix boyu onlar öz xalqlarının yaddaşına həkk olurlar. Belə insanlar ən yüksəkliyə, ŞƏHİDLİYƏ yüksəlirlər.

Maraqlısı odur ki, bizdə Səhidlər də kateqoriyalara bölünürlər. 20 YANVAR ŞƏHİDLƏRİ, QARABAĞ ŞƏHİDLƏRİ.
Cəmiyyətdə bu yanaşma birmənalı qarşılanmır.

Sabiq millət vəkili, tarixçi professor Cəmil Həsənlinin sözlərinə görə, şəhid şəhiddir, o şəxslər ki, vətən, azadlıq, müstəqillik uğrunda mübarizədə həlak olub, şəhid sayılır: “Fərqi yoxdur, o harada şəhid olub. Harada olmasından asılı olmayaraq, şəhiddir. Ona görə də, elə fərq qoyulması mənə elə gəlir ki, doğru olmazdı. Burada vahid meyar olmalıdır. Vətən uğrunda Qarabağda da şəhid olublar və ya hər hansı sərhəd məntəqəsində də. Ona görə bunlara fərq qoyulmasını mən düzgün hesab etmirəm”.

Tarixçi-alim təklif də irəli sürüb: “Bununla bağlı vahid kriteriya müəyyən olunsun. Hansı meyar şəhidliyi müəyyən edir? Bundan sonra harada olmasından asılı olmayaraq, baş vermiş hadisə o meyara uyğundursa, şəhidlik statusu almalıdır. Bununla da şəhidlər arasında fərq aradan qaldırılmalıdır”.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, bu iki kateqoriyanın şəhidlərinin torpaq, vətən uğrunda şəhid olduğunu, amma bir qədər fərqləndirməyə ehtiyac olduğunu söyləyib:
“Hüquq elmi hər bir məsələyə diqqətli yanaşmağı tələb edir. 1990-cı ilin 20 yanvarında Bakıda insanlar döyüş şəraitində deyil, sovet qoşunlarının dinc əhalini qırması nəticəsində şəhid olublar. Qarabağ şəhidləri isə döyüş şəraitində şəhid olanlardır. Bu ikisi arasındakı fərqi mütləq göstərməyə ehtiyac var. Bu gün sovet dövrünü müdafiə edən tarixçilər çox istərdilər ki, 20 Yanvarda insanları öldürənlər silahlanmış dəstələr kimi təqdim edilsin. Çünki Qorbaçovun 1990-cı ilin 20 yanvarında Bakıya qoşun yeritməsinin bəhanələrindən biri də silahlı dəstələrin olması idi. Və o, silahlı dəstələri silahsızlaşdırmaq üçün qoşun yeritdiyini deyir. Ancaq faktiki olaraq burada məqsəd torpaqlarının müdafiəsinə qalxan xalq hərəkatını yatırtmaq idi. 20 yanvar gecəsi sovet qoşunu dinc əhaliyə divan tutdu. Dağlıq Qarabağda isə əlində silah tutan və vətəni qoruyarkən şəhid olurlar. Bu silahlı məsələsinə görə fərqləndirməyə ehtiyac var”.

Sevinc İLTIFATQIZI

Geri dön