Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkdilli Ölkələrin İş Şurasının yaradılması barədə saziş imzalanıb
Türkdilli Ölkələrin İş Şurasının yaradılması barədə saziş imzalanıb |
Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Qazaxıstanın Almatı şəhərində keçirilən zirvə toplantısında Türkdilli Ölkələrin İş Şurasının yaradılması barədə saziş imzalanıb.
“Novosti-Kazaxstan” agentliyinin verdiyi məlumata görə, İş Şurasına türkdilli ölkələrin iri şirkətləri və təşkilatları daxil olub. Artıq Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyənin hökumət nümayəndələrinin iştirakı ilə Şuranın ilk iclası da keçirilib. İclasda iqtisadi əməkdaşlığın aktual məsələləri və perspektivi müzakirə olunub. Bundan başqa, toplantı çərçivəsində 4 ölkənin işgüzar dairələrinin görüş və danışıqları keçirilib. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bildirib ki, İş Şurasının qarşısında 2 əsas vəzifə var - yeni əməkdaşlıq istiqamətlərinin axtarışı və qarşılıqlı iqtisadi-ticarət əlaqələrində yaranan əngəllərin aradan qaldırılması: “Mən bilirəm ki, sahibkarlar gömrük prosedurlarından şikayət edirlər. Ticarət əlaqələrində gömrük məsələsi böyük rol oynayır”. Sərhədləri keçmək və tranzit sənədləri almaq sahəsində problemlər olduğunu vurğulayan X. Akıncı bu problemlərin həlli üçün İş Şurası çərçivəsində nəqliyyat və rabitə agentliyinin yaradılmasını məqsədəuyğun sayıb. Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türkdilli ölkələrin dövlət başçılarının Almatı sammitinə qatılmayacaq. O, son terror hücumları ilə əlaqədar səfərini ləğv edib. Türkiyəni baş nazirin müavini Bəkir Bozdağ təmsil edəcək. Toplantını yekunları əsasında Almatı Bəyannaməsi imzalanacaq. Geri dön |