Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kollegiya sədri: "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Kollegiya sədri: "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb"

Kollegiya sədri: "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb"


"Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb".
Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, əvvəllər dövlət hesabına hüquqi yardımın məbləği az idi: "Bu məsələ də vəkilləri narahat edirdi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb".
A.Bağırov bildirib ki, VK-nın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın".

Geri dön