Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar

Alimlər gövdə hüceyrələrinin köçürülməsi üzrə “inqilabi” əməliyyat aparıblar


ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları dünya klinika təcrübəsində ilk dəfə olaraq onurğa beyninin xroniki zədəsi olan pasiyentlərə əsəb gövdə hüceyrələri köçürülməsi üzrə əməliyyatın ilkin mərhələsinin uğurla başa çatdığını bildiriblər.

Köçürülmə dörd pasiyentdən üçündə ciddi fəsadlar törətmədən onların vəziyyətinin yaxşılaşması ilə nəticələnib. Belə ki, insanın onurğa beynindən alınan əsəb gövdə hüceyrələri xətti istifadə olunub. Dörd könüllüyə hərəyə tərkibində 1,2 milyon gövdə hüceyrəsi olan 6 inyeksiya edilib. Alimlər əvvəlcə bu yanaşmanın təhlükəsizliyini yoxlamaq istəyiblər. Hər şey yaxşı keçib – transplantasiyanın tamamilə təhlükəsiz olması aşkarlanıb.

Yanaşmanın təsirliliyinə gəlincə, mütəxəssislərin fikrincə, dörd könüllüdən üçünün vəziyyətinin yaxşılaşması dramatik nəticə deyil. Hərəki, sensor funksiyalar və elektrofiziologiya kimi göstəricilər təhlil olunub. Hələ 2013-cü ildə alimlər onurğa zədəsi olan siçovullara gövdə hüceyrələrinin köçürülməsi əməliyyatını etmişdilər. Köçürülmənin nəticəsi əsəblərin regenerasiyasında və mobillik göstəricilərinin yaxşılaşmasında ifadə olunub.

Geri dön