Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli müxalifətçi deputat: “Torpaqlarımızı Ermənistanamı verəcəksiniz?”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Türkiyəli müxalifətçi deputat: “Torpaqlarımızı Ermənistanamı verəcəksiniz?”

Türkiyəli müxalifətçi deputat: “Torpaqlarımızı Ermənistanamı verəcəksiniz?”


Ötən gün Türkiyə Böyük Millət Məclisində (TBMM) qəribə bir etiraz aksiyası baş verib. Anamüxalifətçi Cumhuriyyət Xalq Partiyasının (CHP) Ərdaxan millət vəkili Ensar Öğüt TBMM-nin tribunasında soyunub. Buna səbəb Öğütün TBMM-də müzakirə olunan qanun layihəsinə etiraz etməsi olub. Yerli mətbuatın yaydığı məlumata görə, Ərdahan vilayətinin Ermənistanla sərhəddə yerləşən Çıldır rayonunda hərbi komissarlıq, məhkəmə və həbsxananın ləğv edilməsinə kəskin etirazını bildirən millət vəkili “Bu torpaqları Ermənistanamı verəcəksiniz?” – deyə soruşub.

Tribunaya, “Ərdahan Çıldırda həkim yox, müəllim yox, həbsxananı bağladınız, əsgərlik şöbəsini bağladınız, deportasiya başladı, sərhəd boşalır. Çıldırı boşaldaraq torpaqlarımızı Ermənistanamı vermək istəyirsiniz? Sərhəd vilayətimiz Qarsda Akyaka, Susuz, Diqor və Səlim rayonları, Ərdahanda Çıldır rayonlarımızda məhkəmələrin açılmasını istəyirik” yazılmış şüarla çıxan Ensar Öğüt pencəyini və qalstukunu soyunaraq yerə atıb. Öğüt daha sonra pencəyini, qalstukunu və şüarı da götürərək yerinə keçib.

TBMM-nin vitse-spikeri Güldal Mumcu isə bu hərəkətin uyğun bir davranış olmadığını qeyd edib.CHP millət vəkili üsyan edirəm deyərək TBMM-nin tribunasında soyunub

Geri dön